Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat 100 milyon dollar bir ölkəni necə dəyişdirə bilər?
100 milyon dollar bir ölkəni necə dəyişdirə bilər?
İqtisadiyyat

100 milyon dollar bir ölkəni necə dəyişdirə bilər? Professor açıqladı

Xpress.az Redaksiyası 09.06.2026 20:34

“Son 80-100 ildə ümumdaxili məhsulun artımı və iqtisadi inkişaf əsasən investisiyalar hesabına təmin olunur”.
Bu sözləri Xpress.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, investisiyaların iqtisadi artıma təsiri ölkənin iqtisadi potensialından asılıdır:
“Misal üçün, 100 milyon dollarlıq investisiya bəzi ölkələrdə ÜDM-in 1-1,5 faiz artmasına təkan verə bilər. Lakin Çin kimi ölkədə  bu məbləğin təsiri hiss olunmur, çünki orada milyardlarla dollar investisiyaya ehtiyac var.
Azərbaycanda ən böyük layihələr əsasən dövlət tərəfindən həyata keçirilir. Xarici investisiyalar olsa da, dövlət dəstəyi mühüm rol oynayır. Ümumilikdə, ölkəyə nə qədər çox investisiya cəlb olunarsa, ÜDM-in artım imkanları da bir o qədər yüksələr.
Qeyri-neft sektoruna təsirə gəldikdə isə, investisiyanın nəticəsi onun yönəldildiyi sahədən asılıdır. Kənd təsərrüfatına yatırılan vəsait ərzaq təhlükəsizliyini təmin etsə də, iqtisadi artıma təsiri nisbətən məhdud olur. Tikinti materialları istehsalı və tikinti sektoruna qoyulan investisiyalar isə daha sürətli və geniş iqtisadi effekt yarada bilir.
Ümumiyyətlə, iqtisadi artım dövrlərində ilk canlanma tikinti sektorunda müşahidə olunur, geriləmə zamanı isə ilk təsirlənən sahələrdən biri yenə tikinti sektoru olur. Bu tendensiya əksər ölkələr üçün xarakterikdir”,-deyə Rüfət Quliyev fikirini  tamamladı.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək