Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şəxsiyyət vəsiqəsindəki qan qrupu –
Şəxsiyyət vəsiqəsindəki qan qrupu –
Cəmiyyət

Şəxsiyyət vəsiqəsindəki qan qrupu – Nə qədər etibarlıdır?

Xpress.az Redaksiyası 10.06.2026 18:46

Tibbdə bir çox proseslər kimi qan köçürülməsi də həyat qurtaran prosedurdur. Bu proses zamanı donor və qan alan şəxsin qan qruplarının uyğunluğu son dərəcə vacibdir. Bəzən insanların şəxsiyyət vəsiqələrində qan qrupu haqqında məlumat qeyd olunur və təcili hallarda bu məlumatdan istifadə olunmaq istəyi yaranır.
 

Nəzərə almaq lazımdır ki, şəxsiyyət vəsiqəsindəki qan qrupu məlumatı düzgün yazılmaya, qeydiyyat zamanı texniki səhvlər baş verə bilər. Belə hallarda yanlış qan köçürülməsi ciddi sağlamlıq problemlərinə, hətta ölümcül fəsadlara səbəb ola bilər.


Tibb müəssisələrində qan köçürülməsindən əvvəl xəstədən və donordan qan nümunəsi götürülür və laboratoriyada qan qrupu müəyyən edilir. Bundan əlavə, donor və resipiyentin qanları arasında uyğunluq testi aparılır. Bu tədbirlər mümkün riskləri minimuma endirmək məqsədi daşıyır.

Bəs şəxsiyyət vəsiqəsindəki qan qrupuna qan köçürülməsi zamanı nə qədər etibar etmək olar və yaxud hansı hallarda etibar etmək olar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb sahəsi üzrə mütəxəssis, həkim Rasif Bağırov deyib ki, şəxsiyyət vəsiqəsindəki qan qrupu məlumatı yalnız fövqəladə vəziyyətlərdə həkimlər üçün əlavə informasiya kimi faydalı ola bilər:

“Xəstələrə qan köçürərəkən şəxsiyyət vəsiqəsindəki qan qrupu məlumatı qan verən şəxsin (donor) qan qrupunu yoxlamaq imkanı olmadığı halda faydalı ola bilər. O halda istifadə edib, qan köçürə bilərlər. Hərbi səhra şəraitində belə şeylər eləmək olar. Amma qan analizinin aparılması mümkün olan yerlərdə şəxsiyyət vəsiqəsinə baxıb qan köçürmək olmaz. Belə yerlərdə qan yenidən yoxlanılıb, dəqiqləşdirilib, ondan sonra köçürülməlidir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək