Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Masazır duz gölünə kanalizasiya suları axıdılır –
Masazır duz gölünə kanalizasiya suları axıdılır –
Cəmiyyət

Masazır duz gölünə kanalizasiya suları axıdılır – Qurum hərəkətə keçdi - VİDEO

Xpress.az Redaksiyası 10.06.2026 19:31

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən duz istehsal edilən gölə kanalizasiya sularının axıdıldığı ilə bağlı iddialar yayılıb.

Sakinlərinin sözlərinə görə, gölə 1 aydan artıqdır çirkab sular axıdılır.

Qəsəbə sakinlərindən biri bildirib:

“2 ildir burdayam, binanın yanından kanalizasiya düz gölə axır. Hələ bu azmış kimi yayda camaat ora gedib “müalicə” məqsədli ayağını duza salır”.

Sözügedən iddialarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan Bakupost.az -a bildirildi ki, Masazır gölünün ətrafında xeyli sayda əhali qeyri-qanuni olaraq məskunlaşıb və həmin ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.

Məlumatda bildirilib ki, əhalinin qanunsuz olaraq çirkab sularının Masazır gölünə axıdılmasının qarşısını almaq üçün göl ətrafında 2 yerdə nasos stansiyası qurulub:

“Bu stansiyalar vasitəsilə çirkab sular Novxanı kollektoruna ordan da Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına ötürülür.
Sözügedən çirkab su axıntısı isə Masazır gölündən aralı və səviyyəcə hündür olan təbii göldən gələn sudur. Həmin gölün də ətrafında qeyri-qanuni məskunlaşan əhali çirkab sularını qanunsuz olaraq gölə axıdırlar. Buna gör əd o gölün səviyyəsi qalxır və daşıb Masazır gölünə tökülür.

Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir.

Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.

Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

16.11.2026 21:08 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir

16.11.2026 20:49 Cəmiyyət

Yəmən qüvvələri Bab əl-Məndəbdən çəkilir:

16.11.2026 19:57 Siyasət

Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

16.11.2026 17:59 Cəmiyyət

Kirayədə qalanların bilmədiyi qayda -

16.11.2026 17:44 Cəmiyyət

“Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq

16.11.2026 17:22 Cəmiyyət

Yalçın Rəfiyev: COP31-in ilk həftəsi məhsuldar görüşlər və mühüm müzakirələrlə yadda qalıb

16.11.2026 17:21 Gündəm

Salyan rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

16.11.2026 16:59 Təhsil

"Azərişıq"ın Bilgəh tapmacası - Vətəndaşın kupçalı mülkünü zəbt edib transformator quraşdırıblar! –

16.11.2026 16:32 Cəmiyyət

Banklarla bağlı narazılıq:Bank Avrasiya, Yelo Bank, UNİBANK….

16.11.2026 16:00 İqtisadiyyat

Gələn il Azərbaycanda minimum maaş bu qədər olacaq

16.11.2026 15:55 Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

16.11.2026 15:00 Cəmiyyət

Minlərlə telefon xətti ləğv edilir?

16.11.2026 13:49 Cəmiyyət

Yeni ili xaricdə harada keçirmək daha sərfəlidir?-

16.11.2026 13:17 Cəmiyyət

Dünyanı təşvişə salan məlumatlar yayıldı, əhaliyə xəbərdarlıq edildi –

16.11.2026 13:02 Cəmiyyət

“Sea Breeze”in tikinti şirkətinin vergi borcu yarandı

16.11.2026 12:45 İqtisadiyyat

Azərbaycanda iş elanı:

16.11.2026 12:10 Cəmiyyət

Xaçmazda “Kontakt Home”dan məhsul alan 5 nəfər

16.11.2026 10:40 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək