Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Deputatdan xəbərdarlıq:
Deputatdan xəbərdarlıq:
Cəmiyyət

Deputatdan xəbərdarlıq: "Süni intellekt ailələri bir-birinə yadlaşdıra bilər"

Xpress.az Redaksiyası 10.06.2026 20:12

Süni intellektin və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir dövrdə onların insanların mənəvi dəyərlərinə və ailə institutuna təsiri ilə bağlı narahatlıqlar artır. Bəzi fikirlərə görə, bu təsirlər boşanmaların sayının artmasına da səbəb olur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə Xpress.az-a açıqlama verib.

Deputat qeyd edib ki, bu proses təkcə Azərbaycanda deyil, bütün dünyada gedir və Azərbaycan da bundan kənarda qala bilməz.


“Bir çox rəsmi qurumlara bu sahədə mühüm işlərin görülməsi üçün xüsusi tapşırıqlar verilib.

Dünya bir axın kimi inkişaf edirsə, biz də ona qoşulmağa məcburuq. Biz tək mövcud olan ölkə deyilik, müxtəlif dövlətlərlə əlaqələr qurur, müqavilələr bağlayırıq.
Mənəvi dəyərlərə gəldikdə isə düşünürəm ki, bu proses ailə dəyərlərimizə də təsir göstərir. Millət olaraq öz adət-ənənələrimiz var. Rusiya və Gürcüstanla qonşuyuq, gələcəkdə Ermənistanla müqavilə bağlandıqdan sonra da qonşu olaraq qalacağıq. İranla da eyni vəziyyətdir.

Hər xalqın öz xüsusiyyətləri və psixologiyası var.
Məsələn, Azərbaycanda qohumluq ənənələri güclüdür. İnsanlar bir-birinin sevincinə və kədərinə şərik olurlar. Adi bir misal çəkim: kimsə yıxılanda dərhal ətrafına insanlar toplaşır, bir uşaq ağlayanda hamı maraqlanır, qayğı göstərir. Bunları Avropada eyni şəkildə görə bilməzsiniz. Bu bizim qanımızdadır.


Amma təəssüf ki, süni intellekt və texnologiyalar zamanla eyni evdə yaşayan insanları bir-birinə yadlaşdıra bilər. Ən acınacaqlısı isə budur ki, qarşısını tam almaq mümkün deyil.
Bizim bir mənfi xüsusiyyətimiz də var. Hər hansı yenilik ortaya çıxanda ya ona kobud yanaşırıq, ya da ümumiyyətlə düzgün münasibət göstərmirik. Sosial şəbəkələrdə də belə oldu. Məktəbi bəhanə gətirərək azyaşlı uşaqların əlinə mobil telefon verdik. Bu gün hətta bağçaya gedən uşağın cibində telefon var. Ana rahatlığı üçün telefonu uşağın qarşısına qoyur və yeməyini yedizdirir. İngiltərədə, Avropada və ya Amerikada buna belə yanaşmırlar. Bizim yanaşmamız düzgün deyil”, – deyə deputat qeyd edib.


Boşanmaların sayının artmasına gəlincə C. Paşazadə vurğulayıb:

“Avropada insanlar əvvəldən də istədikləri şəxslə yaşayır, ayrılırdılar. Orada ciddi dəyişiklik olmayıb. Bizdə isə vəziyyət fərqli idi. Təəssüf ki, yavaş-yavaş onlara doğru gedirik”,-deyə o qeyd edib.


Deputat cəmiyyətdə geniş yayılan “Avropaya oxşamalıyıq” fikrinə də münasibət bildirib.


“Mən elmi yeniliklər, texnologiyanın inkişafı və savadın artması baxımından Avropaya bənzəməyi istəyirəm. Amma xarakter və ailə dəyərləri baxımından yox. Bir xalq olaraq mənəvi dəyərlərimizi, xarakterimizi qorumalıyıq.
Bu gün sosial şəbəkələrdə 20 faiz günah varsa, onun 80 faizi özümüzdədir. Telefonu açıb A-dan Z-yə qədər hər şeylə maraqlanırıq. Xaricdə isə siyasətçi siyasətlə, həkim sağlamlıqla bağlı məlumatları izləyir. Biz isə hər sahəyə qarışır, hər sənəti bilirik. Belə olmaz”, – deyə deputat fikrini tamamlayıb.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək