Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu rayonlarda ehsan ləğv olunub -
Bu rayonlarda ehsan ləğv olunub -
Cəmiyyət

Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI

Xpress.az Redaksiyası 12.06.2026 14:11

Azərbaycanda yas mərasimlərinin təşkili, xüsusilə dəbdəbəli ehsan süfrələrinin açılması uzun illərdir cəmiyyətdə ən çox müzakirə mövzulardan biridir. Son dövrlərdə isə ölkənin müxtəlif bölgələrində israfçılığın qarşısını almaq və yas sahibinin maddi yükünü azaltmaq məqsədilə kütləvi ehsan süfrələrinin ləğv edilməsi geniş yayılıb.

Son illər yas çadırlarının sanki bir rəqabət meydanına çevrilməsi cəmiyyətdə ciddi narazılıq doğururdu. Bu problemin həlli üçün artıq regional səviyyədə qətiyyətli addımlar atılır və bir çox rayonlarımızda dəbdəbəli ehsan süfrələri tarixə qovuşur.

Azərbaycanda ehsan məsələsində ən dayanıqlı nümunəni Naxçıvan Muxtar Respublikası nümayiş etdirir. Naxçıvanda hələ illər öncə tətbiq edilən daxili qaydalara əsasən, yas mərasimlərində kütləvi yemək verilməsi ənənəsi tamamilə aradan qaldırılıb. İnzibati və sosial dəyişikliklərdən asılı olmayaraq, bölgə əhalisi bu gün də həmin qaydalara ciddi şəkildə riayət edir; yas yerlərində insanlara sadəcə çay və çayın yanında xurma, halva təklif olunur.

Naxçıvanın uğurlu təcrübəsi və cəmiyyətdən gələn kütləvi çağırışlar son illərdə respublikanın digər bölgələrini də hərəkətə gətirib. Yerli daxili qərarlar, rayon ağsaqqalları, din xadimləri və icma nümayəndələrinin ortaq rəyi ilə dəbdəbəli ehsan süfrələrindən imtina edən rayonların sayı sürətlə artır.

Son dövrlərdə bu qərarı rəsmən elan edən və ya ciddi şəkildə icra edən rayonlar bunlardır:

Quba rayonu: Rayon ziyalıları, din xadimləri, qazilər və ağsaqqalların iştirakı ilə keçirilən iclasda qubalılar yas məclislərini yalnız çay süfrəsi ilə təşkil etmək barədə ortaq qərar qəbul ediblər.

Qax rayonu: Rayon mərkəzini və bütün kəndləri əhatə edən xüsusi qərarla yas mərasimlərində yemək süfrələrinin açılması tamamilə dayandırılıb.

İmişli rayonu: Rayon kəndlərində və mərkəzdə din xadimlərinin də dəstəyi ilə təmtəraqlı ehsanlar yığışdırılıb, mərasimlərin yalnız çay, xurma və halva ilə keçirilməsi ənənəsi formalaşıb.

Sabirabad, Saatlı və Kürdəmir rayonları: Bu aran rayonlarında da yerli icmaların təşəbbüsü ilə ehsan süfrələrində yemək verilməsi dayandırılıb və sadəliyə üstünlük verilməyə başlanıb.

Sumqayıt şəhəri: Böyük sənaye şəhərlərindən olan Sumqayıtda da israfçılığın qarşısını almaq məqsədilə dəbdəbəli ehsan məclislərinin çay süfrəsi ilə əvəzlənməsi prosesinə başlanılıb. Amma şəhərdəki mərasim evlərində dədbdəbəli yas məclislərinin təşkil edilməsi hallarına da rast gəlinir.

Bunlardan əlavə, Şamaxı, İsmayıllı, Oğuz, Ağsu, Biləsuvar, Samux və Balakən rayonlarının bir çox kənd və qəsəbələrində yerli rəhbərlik, bələdiyyələr və kənd ağsaqqalları sakinlərə bu barədə ciddi tövsiyələr verirlər. Bir çox ərazilərdə bu tövsiyələr artıq yazılmamış qanun statusu alıb. Yas sahibinə maddi ziyan vurmamaq üçün kənd nümayəndələri və din xadimləri əvvəlcədən ailə ilə danışaraq süfrəyə yalnız çay qoyulmasını təmin edirlər. Bu müsbət tendensiyanın yaxın gələcəkdə digər böyük şəhərləri və paytaxtı da əhatə edəcəyi gözlənilir.(metbuat.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək