Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakı sakinləri təşvişdə -
Bakı sakinləri təşvişdə -
Cəmiyyət

Bakı sakinləri təşvişdə - Yayılan bu sirli həşərat nədir?

Xpress.az Redaksiyası 13.06.2026 09:56

Son günlər Bakıda qəribə bir həşərat yayılıb. Dişlədikdən sonra həmin yer şişir, güclü qaşınma yaradır və daha sonra bədəndə allergik reaksiyalar əmələ gəlir. Belə hal özəlliklə, uşaqlarda müşahidə olunur. Bunun uçan qarışqa və ya birə olduğunu deyənlər var. Hətta iddialara görə, xəstəxanalara xeyli müraciətlər də daxil olub.

Bu həşərat nədir? Hansı tədbirlər görülməlidir?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu əlamətləri konkret olaraq hər hansı bir həşərat növünə aid etmək mümkün deyil:

“Çünki təsvir edilən əlamətlərə uyğun gələn bir neçə həşərat növü var. Məsələn, qansorucu həşəratlar arasında ağcaqanadların çoxsaylı növləri var və söhbət onlardan birindən gedə bilər.

Həmçinin xırda sancan qum milçəklərinin də bu reaksiyalara səbəb olması mümkündür. Bitki bitləri və qanadlı qarışqalar adətən insanı dişləmədiyi üçün bu ehtimallar inandırıcı deyil. Birələr isə uyğun variantlardan biridir. Onlar əsasən ev və həyət heyvanları vasitəsilə yayılır. Taxtabitləri də ehtimal olunan növlər sırasındadır, lakin onlar uçmur, yalnız sıçrayır.

Fikrimcə, müşahidə olunan güclü qaşınma, iri şişkinliklər və uşaqlarda daha ağır allergik reaksiyalar daha çox xırda sancan milçəklərin yaratdığı təsirlərə bənzəyir. Uşaqlarda bu reaksiyaların daha kəskin olması onların dərisinin və immun sisteminin daha həssas olması ilə bağlıdır”.

Ekoloq bildirib ki, iqlim dəyişikliyi də həşəratların yayılmasına ciddi təsir göstərir:

“İsti havaların daha erkən başlaması, gecələrin isti keçməsi, yağıntılardan sonra yaranan durğun sular ağcaqanadlar və digər qansorucu həşəratlar üçün əlverişli çoxalma şəraiti yaradır.

Son illərdə dünyanın bir çox şəhərlərində, o cümlədən Qafqaz regionunda həşəratların aktivlik dövrünün uzandığı, əvvəllər müşahidə olunmayan bəzi növlərin isə yeni ərazilərə yayıldığı qeydə alınır. Temperatur və rütubətin artmasının qansorucu həşəratların populyasiyasını artırdığı barədə mütəxəssis xəbərdarlıqları da var”.

C.Bəxtiyarın sözlərinə görə, problemin qarşısının alınması üçün dövlət səviyyəsində kompleks tədbirlərin görülməsi vacibdir:

“Şəhər üzrə müntəzəm dezinfeksiya proqramları həyata keçirilməli, kanalizasiya kollektorları və su hövzələri nəzarətdə saxlanılmalıdır. Yağıntılardan sonra suyun toplandığı ərazilər vaxtında qurudulmalı və durğun suların qalmasına imkan verilməməlidir. Əks halda həmin ərazilərdə həşəratların çoxalması qaçılmaz olur.

Həşərat növlərinin monitorinqi və laborator şəraitdə müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Yeni invaziv növlərin vaxtında aşkarlanması üçün ekoloji nəzarət gücləndirilməli, mütəmadi monitorinqlər aparılmalıdır. Əhalinin maarifləndirilməsi istiqamətində kampaniyaların keçirilməsi də vacib tədbirlərdəndir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək