Cəmiyyət
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olundu
Xpress.az Redaksiyası
14.06.2026 13:48
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 14 iyun tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.
AZAL-dan Xpress.az-a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.
“Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin məlumatında bildirilir.