Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maa...
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib -
Cəmiyyət

“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib - FOTO

Xpress.az Redaksiyası 19.06.2026 17:48

“XXI Əsrin Qadınları” İctimai Birliyi “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində maarifləndirici tədbir keçirib.

“İki sahil” xəbər verir ki, tədbirin məqsədi gənclər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması, bu cinayətin doğurduğu risklər barədə maarifləndirmə aparılması və insan alverinə qarşı mübarizədə ictimai dəstəyin gücləndirilməsidir.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emin Əsədov, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri və layihənin rəhbəri Mahirə Əmirhüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tərbiyə işləri üzrə direktor müavini, tarix elmləri namizədi Murad Muradov, eləcə də kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı çıxış edərək insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik, profilaktik tədbirlər və mövcud mexanizmlər barədə ətraflı məlumat verib. Bildirilib ki, insan alverinə qarşı səmərəli mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda cəmiyyətin hər bir üzvünün məlumatlılığı, fəal mövqeyi və birgə səyləri ilə mümkündür.

Layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxışında insan alveri cinayətinin mahiyyəti, cinayətkarların vətəndaşları müxtəlif üsullarla bu cinayətə necə cəlb etmələri, eləcə də bu təhlükədən qorunma yolları barədə danışıb. O, iştirakçıları bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri haqqında da məlumatlandırıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, insan alverinə qarşı mübarizədə maarifləndirmənin və ictimai məlumatlılığın artırılmasının vacibliyi bir daha vurğulanıb.

Qeyd edək ki, “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək