Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük ed...
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib
İqtisadiyyat

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

Xpress.az Redaksiyası 19.06.2026 18:23

Xocalı rayonunda 34 ildən sonra ilk dəfə olaraq barama tədarükü həyata keçirilib.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, son iki il ərzində Xocalının Daşbulaq kəndi ərazisində 163 hektar sahədə super intensiv tipli tut bağı salınıb. Əkin işləri zamanı hər hektarda 10 min ədəd ting əkilib və yüksək məhsuldarlıq əldə olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşüdovun sözlərinə görə, əldə edilən nəticələr baramaçılığın yenidən bərpasına imkan yaradıb. Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında təsərrüfata 100 qutu ipəkqurdu verilib və onların yetişdirilməsi uğurla başa çatdırılıb. İlkin mərhələdə 700 kiloqram barama məhsulu toplanaraq, "Azəripək" MMC-yə təhvil verilib.

İ.Cümşüdov bildirib ki, Xocalıda həyata keçirilən kənd təsərrüfatı layihələri təkcə istehsalın artırılmasına deyil, həm də "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, Daşbulaq kəndində salınmış super intensiv tut bağlarında və baramaçılıq təsərrüfatında yerli sakinlər üçün yeni iş yerləri yaradılıb.

İ.Cümşüdovun sözlərinə görə, gələcəkdə baramaçılıq təsərrüfatının genişləndirilməsi ilə daha çox sakinin işlə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baramaçılığın bərpası regionun iqtisadi potensialının artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək