Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qaradağa ekspres marşrut işə salınır
Qaradağa ekspres marşrut işə salınır
Cəmiyyət

Qaradağa ekspres marşrut işə salınır

Xpress.az Redaksiyası 19.06.2026 19:46

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi - "Sahil" metrostansiyası istiqamətində sərnişin ehtiyaclarının qarşılanması və xidmət səviyyəsinin artırılması üçün 149E nömrəli ekspres marşrutu sınaq rejimində işə salınır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

İyunun 22-dən etibarən 6 ədəd "Neoplan" markalı avtobus qəsəbəni metronun "Sahil" stansiyası ilə birləşdirəcək.

Marşrutun iş qrafiki sərnişin axınının sıx olduğu saat aralıqlarına uyğun şəkildə təyin olunub. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqəlik interval ilə hərəkət edərək sərnişinlərə xidmət göstərəcək.

Marşrut üzrə gedişhaqqı 1,30 manat olaraq müəyyənləşdirilib.

149E nömrəli ekspres marşrutunun dayanacaq məntəqələri aşağıdakı kimi təyin edilib: "Sahil" metrostansiyası, Dövlət Bayrağı Meydanı, "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək