Hadisə
Dənizdə neft qalıqları aşkarlandı: FHN hərəkətə keçdi - VİDEO
Xpress.az Redaksiyası
19.06.2026 21:45
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Xpress.az-a verilən məlumata görə, dərhal əraziyə Mülki müdafiə qoşunların və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.
Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.