Alanyada Mənzil Sahibi Olmaq İstəyənlər Üçün Yeni İmkanlar
Türkiyənin Aralıq dənizi sahilində yerləşən Alanya şəhəri son illərdə təkcə turizm mərkəzi kimi deyil, həm də daşınmaz əmlak bazarının ən cəlbedici istiqamətlərindən biri kimi diqqət çəkir. Dənizi, təmiz havası, ilboyu mülayim iqlimi və inkişaf etmiş infrastrukturu sayəsində şəhər həm yaşamaq, həm də investisiya etmək istəyənlərin maraq dairəsindədir.

Alanya ilin bütün fəsillərində komfortlu həyat tərzi təqdim edir. Günəşli hava, isti iqlim və dənizə yaxınlıq şəhəri həm yerli, həm də xarici vətəndaşlar üçün ideal yaşayış məkanına çevirir. Məhz bu səbəbdən bölgədə müasir yaşayış komplekslərinə tələbat ildən-ilə artır.
Şəhərdə fəaliyyət göstərən və 40 ildən artıq təcrübəyə malik olan Toros Rezidans İnşaat şirkəti Alanyada bir sıra iri yaşayış layihələri həyata keçirib. Ailə şirkəti kimi fəaliyyət göstərən müəssisənin hazırda satışda olan dörd layihəsi mövcuddur. Bu layihələrdən biri Kestel məhəlləsində yerləşən Montana Premium yaşayış kompleksidir. Digər üç layihə isə Alanyanın sürətlə inkişaf edən Mahmutlar bölgəsində inşa olunub.
Montana Premium müasir memarlıq üslubunda layihələndirilmiş yaşayış kompleksidir. Bir blokdan və ümumilikdə 22 mənzildən ibarət olan kompleks sakinlər üçün geniş sosial imkanlar təqdim edir. Burada açıq və qapalı hovuzlar, fitness zalı, sauna, istirahət zonaları və manqal sahələri fəaliyyət göstərir. Kompleksin əsas üstünlüklərindən biri isə şəhərin inkişaf edən ərazilərindən birində yerləşməsi və gündəlik həyat üçün vacib olan bütün infrastruktura yaxın olmasıdır.

Şirkətin təqdim etdiyi mənzillər müxtəlif ailə tiplərinin və büdcələrin tələblərinə uyğun şəkildə planlaşdırılıb. Layihələr çərçivəsində 1+1, 2+1, 3+1 və 4+1 dubleks mənzillər alıcılara təklif olunur. Mənzillərin qiyməti təxminən 150 min avrodan başlayır.

Alıcılar üçün əlverişli ödəniş mexanizmləri də yaradılıb. Belə ki, mənzilin dəyərinin 30 faizi ilkin ödəniş kimi təqdim edildikdən sonra qalan məbləği 2 və ya 3 il müddətində hissə-hissə ödəmək mümkündür. Bu isə mənzil sahibi olmaq istəyənlər üçün əlavə maliyyə rahatlığı yaradır.
Toros Rezidans İnşaatın Mahmutlar bölgəsində yerləşən digər layihələri də tam hazır vəziyyətdədir. Həmin layihələrdən biri 200 mənzildən, digər ikisi isə hər biri 75 mənzildən ibarətdir. Şirkət tərəfindən mənzil sahiblərinə bütün mülkiyyət sənədləri təqdim olunur ki, bu da alqı-satqı prosesinin şəffaf və etibarlı şəkildə həyata keçirilməsinə imkan verir.
Mütəxəssislərin fikrincə, müasir yaşayış standartları, geniş sosial imkanlar və sərfəli ödəniş şərtləri Alanyada daşınmaz əmlaka marağı artıran əsas amillər sırasındadır. Toros Rezidans İnşaatın həyata keçirdiyi layihələr də məhz bu tələbatın qarşılanmasına yönəlib və şəhərin daşınmaz əmlak bazarında diqqət çəkən nümunələrdən hesab olunur.
Həm daimi yaşayış, həm də gələcək üçün sərfəli investisiya axtaranlar üçün Alanya əlverişli seçimlər təqdim etməyə davam edir.

