Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət AJet-in Bakı reysində baqaj qalmaqalı:
AJet-in Bakı reysində baqaj qalmaqalı:
Cəmiyyət

AJet-in Bakı reysində baqaj qalmaqalı: 200 sərnişin yükünü ala bilmədi

Xpress.az Redaksiyası 20.06.2026 20:49

Türkiyənin AJet aviaşirkətinin İstanbul–Bakı reysində sərnişinlər ciddi problemlə üzləşdiklərini bildirirlər.

İddialara görə, AJet-in VF177N nömrəli reysi iyunun 20-də saat 12:35-də İstanbulun Sabiha Gökçən hava limanından havaya qalxaraq saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Lakin təyyarədə olan sərnişinlər enişdən sonra baqajlarını ala bilməyiblər.

Sərnişinlərin sözlərinə görə, təxminən bir saat gözlədikdən sonra onlara baqajların təyyarəyə ümumiyyətlə yüklənmədiyi məlum olub. Bildirilir ki, 200 nəfərə yaxın sərnişinin baqajı Bakıya gətirilməyib.

Narazı sərnişinlər qeyd edirlər ki, aviaşirkətin nümayəndələri hadisə ilə bağlı əvvəlcə heç bir açıqlama verməyiblər. Yalnız hava limanı əməkdaşlarının təkidindən sonra sərnişinlərlə görüşən AJet nümayəndəsinin verdiyi məlumat vəziyyəti daha da mürəkkəbləşdirib.

İddialara əsasən, sərnişinlərə baqajların növbəti 5 gün ərzində hissə-hissə göndəriləcəyi bildirilib. Bununla yanaşı, hansı sərnişinin yükünün nə vaxt çatdırılacağı barədə dəqiq məlumat verilməyib.

Bu isə sərnişinlərin hər gün hava limanına gələrək öz yüklərinin gəlib-gəlmədiyini yoxlamalı olması deməkdir. Şikayətçilər bildirirlər ki, tranzit reyslə səyahət edən bəzi sərnişinlərin baqajları təhvil verilsə də, birbaşa Bakı istiqamətində uçan sərnişinlərin yükləri verilməyib.

Sərnişinlər beynəlxalq aviasiya təcrübəsində bu cür hallarda gecikən baqajların sahiblərinin ünvanına çatdırılmasının tətbiq edildiyini xatırladaraq, AJet-in məsuliyyəti üzərinə götürmədiyini və yaşanan narahatlığa görə üzrxahlıq etmədiyini bildirirlər.

Məsələ ilə bağlı AJet aviaşirkətinin rəsmi mövqeyini əldə etmək mümkün olmayıb. Aviaşirkətin açıqlaması olduğu təqdirdə material yenilənəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək