Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Mərdəkandakı çimərliyə çirkab suları axıdılır?- Vİ...
Mərdəkandakı çimərliyə çirkab suları axıdılır?- VİDEO
Cəmiyyət

Mərdəkandakı çimərliyə çirkab suları axıdılır?- VİDEO

Xpress.az Redaksiyası 20.06.2026 23:22

Baku TV-nin qaynar xəttinə Mərdəkan qəsəbəsində yerləşən "Malibu" adlanan çimərlik ərazisinə çirkab sularının axıdılması ilə bağlı şikayət daxil olub.

İddialara görə, uzun müddətdir davam edən bu vəziyyət, xüsusilə yay mövsümündə həm ekoloji mühitə, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır.

Yaranmış vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin səlahiyyətlərinə aid hissədə araşdırılıb:

"Sözügedən ərazidə borular vasitəsilə axıdılan su tullantı və ya kanalizasiya mənşəli deyil, yeraltı qatlarda toplanan qrunt sularıdır. Hazırda çimərliyin yaxınlığında tikinti işləri aparılır və qazıntı zamanı torpağın alt qatındakı qrunt suları üzə çıxır. Tikinti prosesinin axsamaması, qazılmış sahələrin su ilə dolmaması və mühəndis işlərinin təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə bu sular borular vasitəsilə ərazidən kənarlaşdırılır".

Xidmətdən həmçinin qeyd olunub ki, məsələ sosial şəbəkələrdə və mediada işıqlandırılmadan öncə qurumun əməkdaşları tərəfindən həmin sudan nümunələr götürülərək laboratoriya analizləri aparılıb:

"Əldə olunan nəticələr suyun qrunt sularına xas göstəricilərə malik olduğunu sübut edib. Eyni zamanda aparılmış müayinələr zamanı suyun məişət və ya fekal mənşəli çirklənməyə məruz qalmasını təsdiq edən hər hansı göstərici aşkar edilməyib".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək