Hadisə
Livanda ölənlərin sayı 4057 nəfərə çatdı
Xpress.az Redaksiyası
21.06.2026 07:27
İsrail ordusunun Livanın cənubuna intensiv hava hücumları nəticəsində son 24 saat ərzində 77 nəfər həlak olub, daha 120 livanlı yaralanıb.
Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan livanlıların ümumi sayı 4057-yə çatıb, 12121 nəfər yaralanıb", - məlumatda deyilir.