Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycana yay fəsli daxil olub
Azərbaycana yay fəsli daxil olub
Cəmiyyət

Azərbaycana yay fəsli daxil olub

Xpress.az Redaksiyası 21.06.2026 12:26

Azərbaycana yay fəsli daxil olub.

Yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olub.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu andan etibarən Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır.

Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.

Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən maksimum hündürlükdədir (73.1°).

Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək