Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İcra başçısının elektron qolbaq taxılan sabiq müav...
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı
Cəmiyyət

İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR

Xpress.az Redaksiyası 22.06.2026 10:23

Ali Məhkəmədə Zərdab Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Əyyub Əzizovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 Qeyd: Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinən sabiq məmurun azadlığı üç il müddətinə məhdudlaşdırılıb. Elektron qolbağa məhkum edilən Əzizov, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozub.

 Belə ki, onun Zərdab rayonu Çallı kəndi ərazisində təqribən 186 hektara yaxın torpaq sahəsi olub. Təqsirləndirilən şəxs həmin torpaq sahələrində həm özü əkin işləri görüb, həm də başqa şəxslərə əkməsi üçün icarəyə verib. Əyyub Əzizov özünə məxsus 186 hektar torpaq sahəsi ilə kifayətlənməyərək, Çallı kənd bələdiyyəsinə məxsus olan torpaq sahələrində də şumlama və əkin işləri aparıb. Söhbət əvvəllər həmin kənd sakini İlqar Bünyatova icarəyə verilən 4.21 hektar torpaq sahəsindən gedir.

 Məsələ burasındadır ki, İlqar Bünyatovun daha sonra kənd bələdiyyəsi ilə müqaviləsi başa çatıb və həmin torpaq sahəsi kənd sakinləri üçün örüş yeri olaraq ayrılıb. Ancaq Əyyub Əzizov həmin torpaq sahəsinin İlqar Bünyatov tərəfindən təhvil verildiyini görərək sahəni iki il özbaşına becərib və əkib.  Nəhayət, 2023-cü ildə yenidən həmin torpaq sahəsini şumlamaq və arpa əkmək istəyərkən onun bu əməli kənd sakinləri və həmçinin hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb.

 Xatırlatma: Əzizov Əyyub Fəzili oğlu həm də, 2010-2015-ci illərdə Çallı bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək