Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Torpaq bahalaşacaq -
Torpaq bahalaşacaq -
Cəmiyyət

Torpaq bahalaşacaq - VİDEO

Xpress.az Redaksiyası 22.06.2026 10:41

Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb. Əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.

 Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.

 Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.

 Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə tələbatın artması da bu qəsəbələrdəki qiymətləri 10-15 faiz civarında bahalaşdıracaq. Lakin payız aylarında bazarda yenidən 5 faizlik bir enişin qeydə alınacağı ehtimal edilir.

 Daha ətraflı “Xəzər Xəbər”in reportajında:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək