Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 131 minlik dərman qaçaqmalçılığı -
131 minlik dərman qaçaqmalçılığı -
Cəmiyyət

131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq

Xpress.az Redaksiyası 22.06.2026 13:59

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qeydiyyatsız dərman vasitələrinin və digər malların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi ilə bağlı cinayət işi üzrə hökm elan edilib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Azərbaycan və Türkiyə vətəndaşları əvvəlcədən əlbir olaraq Türkiyədən ölkəyə dövlət qeydiyyatından keçməmiş dərman preparatlarını, tibbi ləvazimatları, kosmetik vasitələri və digər məhsulları qanunsuz şəkildə keçirməyə cəhd ediblər.

İş materiallarına əsasən, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə cəhd göstərilən malların ümumi dəyəri 131 min 636 manat 80 qəpik təşkil edib. Siyahıda "Janumet", "Levemir FlexPen", "Toujeo", "Keppra", "Lamictal", "Paxil", "Madopar", "Forziga", "Trajenta", "Octagam" kimi müxtəlif dərman preparatları ilə yanaşı, stomatoloji materiallar, kosmetik vasitələr, parfümeriya məhsulları, kimyəvi maddələr və digər mallar da yer alıb.

İttihama görə, Azərbaycan vətəndaşı idarə etdiyi "Volvo" markalı yük avtomobilinin qoşqusunda gizlətdiyi malları Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda gömrük təminatını pozaraq çıxarıb və Türkiyə vətəndaşının idarə etdiyi "Iveco" markalı yük avtomobilinə yerləşdirib. Məqsəd həmin malları gömrük nəzarətindən gizli şəkildə postun ərazisindən çıxarmaq olub.

Lakin gömrük əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Iveco" markalı yük avtomobili postu tərk edərkən saxlanılıb. Baxış zamanı avtomobildən iki karton qutu, sellofan torbalar və plastik qablarda gizlədilmiş çoxsaylı dərman preparatları, kosmetik vasitələr və digər məhsullar aşkar edilərək götürülüb.

Məhkəmədə ifadə verən Azərbaycan vətəndaşı bildirib ki, İstanbulda tanış olduğu Mehmet adlı şəxsin xahişi ilə həmin malları Azərbaycana gətirməyə razılıq verib. Onun sözlərinə görə, bunun müqabilində 1500 ABŞ dolları almalı idi. O, daha sonra malları digər sürücünün avtomobilinə yerləşdirdiyini etiraf edib və əməlindən peşman olduğunu deyib.

Türkiyə vətəndaşı isə ifadəsində əvvəlcə bağlamaların içərisində nə olduğunu bilmədiyini, sonradan onların dərman və kosmetik vasitələr olduğunu gördüyünü bildirib. O, tanışına kömək etdiyini və törətdiyi əmələ görə peşman olduğunu deyib.

İş üzrə dindirilən gömrük əməkdaşları və digər şahidlər də əməliyyat zamanı avtomobildə gizlədilmiş malların aşkar olunduğunu, onların gömrük orqanına bəyan edilmədiyini və gömrük nəzarətindən kənar keçirilməsinə cəhd göstərildiyini təsdiqləyiblər.

Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilib. Hökmə əsasən, Azərbaycan vətəndaşına qeyd olunan maddələr üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, səmimi peşman olması, ailədə yeganə qazanc gətirən şəxs olması və digər yüngülləşdirici hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və cəzanın şərti çəkilməsi qərara alınıb. Həmçinin onun üzərinə sınaq müddəti ərzində probasiya orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub.

Türkiyə vətəndaşına münasibətdə isə məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edib. Ona Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 4 min manat, 206.3.2-ci maddəsi ilə isə 7 min manat cərimə təyin olunub. Cinayətlərin məcmusu üzrə qəti cəza əvvəlcə 11 min manat müəyyən edilsə də, onun 2 gün həbsdə saxlanılması nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən cərimə 10 min manata endirilib.

Məhkəmə həmçinin qərara alıb ki, Türkiyə vətəndaşı cəriməni tam ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada çıxarılsın. Bundan başqa, onun Azərbaycana gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək