Cəmiyyət
Nazir rəisi vəzifəsindən azad etdi
Xpress.az Redaksiyası
23.06.2026 12:27
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Abdulla Abdullayev Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub.
FHN-dən Qaynarinfo-ya bildirilib ki, Ziya Əfsərov bir müddət əvvəl vəzifəsindən azad edilib.
Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi idi.
