Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Olivia"da yoxlamalara maneə olundu: FHN Həsən İsr...
"Olivia"da yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi
Cəmiyyət

"Olivia"da yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi

Xpress.az Redaksiyası 23.06.2026 13:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən "SİMPLE-B" Məhdud Məhsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Olivia" kosmetika mağazalar şəbəkəsinin sahibinə protokol yazılıb. 

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi (Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması) ilə irəli sürülüb. 

MMC-nin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən isə protokol əsasında toplanmış materiala baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, Həsən İsrafilzadə həmçinin "ABC Telekom” MMC-nin ("Kontakt Home" mağazalar şəbəkəsi) direktorudur. Hər iki şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Süleyman Sani Axundov küçəsi, ev 3g-də (Red Plaza) yerləşir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək