24 yaşlı qadın sevgilisini qətlə yetirib
Rusiyanın Petrozavodsk şəhərində 24 yaşlı qadın sevgilisini bıçaqlayaraq öldürüb.
Hadisə bu ilin aprel ayının əvvəlində Zaytsev küçəsində baş verib. Məlumata görə, sərxoş vəziyyətdə olan qadın sevgilisi ilə mübahisə edib. Mübahisə zamanı o, mətbəxdən götürdüyü bıçaqla kişiyə kürək nahiyəsindən bir zərbə endirib.
Yaralanan kişi mənzildən çıxaraq küçəyə qaçsa da, hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Şübhəli şəxs istintaq zamanı törətdiyi əməli etiraf edib. O, istintaq müddətində barəsində seçilmiş həbs qətimkan tədbiri əsasında saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xpress.az