Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olund...
Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu
Cəmiyyət

Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu

Xpress.az Redaksiyası 24.06.2026 14:36

Uzun illərdir Lənkəranda fəaliyyət göstərən "Əzizə” restoranı müsadirə olunub.

Gərmətük qəsəbəsi ərazisində yerləşən obyekt hərrac yolu satılacaq.

İlkin bazar qiyməti 5 milyon 377 min manat olan əmlak hərracda 4,570,450 manata təklif olunur.

Əmlak kompleksi kimi müəssisə – Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daşınar əşyalarla birlikdə hərraca çıxarılıb. Buraya "Əzizə” gözəllik salonu və "Əzizə” çay evi də daxildir.

Qeyd edək ki, 20 ilə yaxındır fəaliyyət göstərən restoran Elman, Telman, Eldar qardaşlarına məxsus olduğu bildirilir. İddialara görə, bir müddət əvvəl qardaşlar arasında mülk mübahisəsi yaranıb. Bundan başqa, onların ciddi məbləğdə vergi borcu olduğu da iddia olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək