Ölkədə 65+ əhalinin sayı AÇIQLANDI
Azərbaycanda 65 yaş və daha yuxarı yaşlı şəxslər ən çox Sumqayıt şəhərindədir. Onların sayı 44 415 nəfər təşkil edir.
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ümumilikdə Azərbaycanda 2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə olan məlumata görə ölkədə yaşı 65 və yuxarı olan şəxslərin sayı 1 milyon 86 min 340 min nəfərdir ki, bu da ölkə əhalisinin 10,6 %-ni təşkil edir.
Gəncə qeyd olunan yaş qrupuna daxil olan şəxslərin yaşadığı ikinci şəhərdir. Burada onların sayı 39 934 nəfər təşkil edir.
Bakının Xətai rayonu 39 081, Abşeron rayonu 38 794, Bakının Nəsimi rayonu 38 175 nəfərlə ilk beşlikdə yer alırlar.
Sabunçu rayonu 34 314 nəfərlə, Binəqədi rayonu 33 77 nəfərlə, Yasamal rayonu 31 302 nəfərlə, Suraxanı rayonu 27 210 nəfərlə, Lənkəran 23 769 nəfərlə müvafiq olaraq ilk onluqda yer alıblar.