Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Bankların 3-cü tərəf dedikləri kimdir?
Bankların 3-cü tərəf dedikləri kimdir?
İqtisadiyyat

Bankların 3-cü tərəf dedikləri kimdir? -MÜƏMMA

Xpress.az Redaksiyası 25.06.2026 08:10

“Bu gün ölkənin bank sektorunda kütləvi texniki nasazlıq yaşandı. Azərbaycan Beynəlxalq Bankı (ABB), ExpressBank və AccessBank-ın kart əməliyyatlarında, eləcə də Yelo Bank-ın mobil tətbiqində ciddi çətinliklər qeydə alındı. Nasazlıq nəticəsində vətəndaşların kart balanslarından əlavə və ya təkrarlanan vəsaitlər silindi. Banklar dərhal mobil tətbiqlər vasitəsilə bildiriş göndərərək məsələnin "üçüncü tərəfdən" qaynaqlandığını bəyan etdilər”.
Xpress.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov deyib.
O, prosessinq mərkəzi olan Azəricard MMC rəsmi açıqlama yayaraq problemin birbaşa onlardan qaynaqlanmadığını bildirdi:

" Xətanın banklararası hesablaşma fayllarının emalı (klirinq prosesi) zamanı yaranan dublikat əməliyyatlarla bağlı olduğu qeyd edildi.
İndi gələk məsələnin paradoksal tərəfinə:
Azəricardın yaydığı məlumata əsaslansaq, problem banklardadır. ABB-nin yaydığı məlumata əsaslansaq isə, problem sirli "üçüncü tərəfdədir". Əgər Azəricardda problem yoxdursa, deməli, eyni prosessinq mərkəzindən istifadə edən fərqli banklar eyni gündə, eyni anda və eyni saniyədə möcüzəvi şəkildə tamamilə eyni xətanı törədiblər.
Bankların günahlandırdığı o "üçüncü tərəf" isə mənim üçün hələ də sirr olaraq qalır. Bu naməlum tərəf ya qlobal ödəniş sistemləridir (Visa və ya MasterCard), ya da ki... yəqin yenə günahkar bankın öz müştərisidir. Çünki görünən odur ki, ortada başqa bir "tərəf" tapmaq mümkün deyil.
Hazırda əməliyyatların ləğv edildiyi və balansların bərpa olunduğu bildirilsə də, bu rəqəmsal məsuliyyətsizliyin real müəllifinin kim olduğu sualı açıq qalır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək