Xalq inanclarına görə 25 iyunda bunları etmək olmaz
Rusların xalq təqviminə görə, 25 iyun Müqəddəs Pyotr Günəş Günü kimi qeyd olunur. Pravoslav ənənəsində bu gün VII əsrdə yaşamış və sonradan müqəddəs elan edilmiş Afonlu Pyotrun xatirəsinə həsr olunub.
Rəvayətə görə, Pyotr Bizans imperiyasının ordusunda sərkərdə olub. Suriyalılarla müharibə zamanı əsir düşən Pyotr uzun illər həbsdə qalsa da, öz inancından dönməyib. Bildirilir ki, o, hətta bir çox həbsxana gözətçisini xristianlığı qəbul etməyə sövq edib. Möcüzəvi şəkildə azadlığa çıxdıqdan sonra isə rahiblik andı içərək Afon dağına çəkilib və ömrünün 50 ildən çoxunu tənha ibadətlə keçirib.
Bu gün nə etmək məsləhət görülür?
Qədim inanclara görə, 25 iyun kənd təsərrüfatı ilə bağlı əlamətlərin müşahidə edildiyi günlərdən biridir. Kəndlilər hava şəraitini izləyərək ot biçini mövsümünün necə keçəcəyini, məhsulun bol olub-olmayacağını və payızın erkən gəlib-gəlməyəcəyini təxmin etməyə çalışırdılar.
Ənənəyə görə, bu gün:
kilsəyə getmək;
bol məhsul və ailə rifahı üçün dua etmək;
həyət və bağları müqəddəs su ilə səpmək;
dərman bitkiləri toplamaq tövsiyə olunur.
İnanclara görə, məhz bu gün toplanan dərman otları xüsusi müalicəvi gücə malik olur və ilboyu fayda verir.
Bu gün nə etmək olmaz?
Xalq inanclarında 25 iyun bəzi qadağalarla da yadda qalıb. Belə ki, bu gün:
mübahisə etmək;
kobud sözlər işlətmək;
ehtiyacı olanlara yardım göstərməkdən imtina etmək;
iri məbləğli alış-veriş etmək;
yeni və mühüm layihələrə başlamaq məsləhət görülmür.
Bundan başqa, torpaq becərilməsi, odun tədarükü kimi ağır fiziki işlərin görülməsinin uğursuzluq gətirəcəyinə inanılırdı.
Qədim inanclara əsasən, 25 iyunda açıq su hövzələrində çimmək və görülən yuxuları başqaları ilə bölüşmək də arzuolunmaz hesab edilirdi.
Qeyd edək ki, sadalanan inanclar və qadağalar dini qaydalardan deyil, əsrlər boyu formalaşmış xalq ənənələri və folklor inanclarından qaynaqlanır.
Xpress.az