Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vətəndaşlara şad xəbər
Vətəndaşlara şad xəbər
Cəmiyyət

Vətəndaşlara şad xəbər - Xəstəxanalarda daha növbə olmayacaq

Xpress.az Redaksiyası 25.06.2026 12:56

İlin sonunadək dövlət tibb müəssisələrində uzun illərdir mövcud olan növbə problemini aradan qaldırmağı hədəfləyirik.

Bunu TƏBİB-in media subyektlərinin nümayəndələri ilə qeyri-formal mühitdə açıq dialoq görüşü çərçivəsində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev bildirib. 

O qeyd edib ki, onlayn növbə sistemi hazırda mərhələli şəkildə genişləndirilir və gələn həftədən etibarən bu sistem artıq 6 tibb müəssisəsində tətbiq olunacaq.

İcraçı direktor müavininin sözlərinə görə, sistem sayəsində vətəndaş seçdiyi tibb müəssisəsində uyğun həkimə növbə tapa bilmədikdə, digər dövlət xəstəxanalarındakı eyni ixtisaslı həkimlərə də onlayn şəkildə növbə götürə biləcək:

“Məqsəd mövcud resurslardan daha səmərəli istifadə etmək və vətəndaşın xidmətə çıxışını asanlaşdırmaqdır.

Hər bir həkimin gün ərzində qəbul edə biləcəyi pasiyent sayı məhduddur və vətəndaşların bu məsələni anlayışla qarşılaması vacibdir”.

O qeyd edib ki, vətəndaşlar yalnız bir həkimdə növbə olmadığını əsas gətirərək narazılıq etməməlidirlər:

“Alternativ tibb müəssisələrində eyni xidmət mövcuddursa, həmin həkimlərə müraciət etmək mümkündür. Bunun üçün bütün elektron növbə tətbiq olunan müəssisələrdə vətəndaşlara kömək göstərən əməkdaşlar fəaliyyət göstərir”.

İcraçı direktorun müavini vətəndaşları istifadə etməyəcəkləri növbələri vaxtında ləğv etməyə də çağırıb:

“Statistikaya görə, bəzi tibb müəssisələrində onlayn növbə götürən vətəndaşların yalnız 58 faizi həkim qəbuluna gəlir. Təxminən 42 faiz isə növbəsindən istifadə etmir. Bu isə həm həkimin iş vaxtının səmərəsiz keçməsinə, həm də digər vətəndaşların xidmət alma imkanlarının məhdudlaşmasına səbəb olur. Gəlməyəcəksinizsə, növbəni ləğv edin ki, həmin vaxtdan başqa vətəndaş yararlana bilsin”.

B.Rzayev onu da əlavə edib ki, dövlət satınalması prosesi artıq elan olunub və ilin sonuna qədər onlayn növbə sistemi ölkə üzrə daha geniş tətbiq ediləcək:

“İnanırıq ki, vətəndaşlar əvvəlcədən dəqiq vaxt götürərək tibb müəssisəsinə gələcək, uzun növbələrdə gözləməyəcək və xidmətə daha rahat çıxış əldə edəcəklər. Bu sistemin uğurlu olması üçün ictimai maarifləndirmə də böyük əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək