Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 26 İyun –
26 İyun –
Cəmiyyət

26 İyun – Silahlı Qüvvələr Günüdür

Xpress.az Redaksiyası 26.06.2026 07:11

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaradılması ilə bağlıdır və ölkənin hərbi tarixində mühüm əhəmiyyət daşıyır.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu addım milli ordu quruculuğunun əsasını təşkil edib. Sonradan ümummilli lider Heydər Əliyevin imzaladığı 22 may 1998-ci il tarixli fərmana əsasən, 26 iyun ölkədə Silahlı Qüvvələr Günü elan olunub və hər il dövlət səviyyəsində qeyd edilir.  

Bu münasibətlə ölkənin müxtəlif qurumlarında və hərbi hissələrdə tədbirlər keçirilir, şəhidlərin xatirəsi yad edilir, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu və dövlətin müdafiə potensialının gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılır.  

Yaradılmasının 108 ili tamam olan Azərbaycan Ordusu ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin əsas təminatçılarından biri hesab olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək