Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Köhnə modellər sürücünü daha diqqətli olmağa vada...
"Köhnə modellər sürücünü daha diqqətli olmağa vadar edirdi"
Cəmiyyət

"Köhnə modellər sürücünü daha diqqətli olmağa vadar edirdi"

Xpress.az Redaksiyası 26.06.2026 10:22

Müasir avtomobillərdə böyük sensor ekranlar və kamera sistemləri sürücülər üçün əlavə rahatlıq yaratsa da, bir çoxları bu texnologiyaların diqqətin yayınmasına səbəb ola biləcəyini bildirirlər. Bəs avtomobillərdəki böyük ekranlar təhlükəsizliyi artırır, yoxsa yeni risklər yaradır?

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, iki cür monitor var:

"Maşının öz priborunda yerləşən sensorlu ekranda sürət, mühərrikin işləmə vəziyyəti, suyun temperaturu, yanacaq səviyyəsi və digər göstəricilər əks olunur. Onlar problem yaratmır. Amma, şitin ortasında yerləşən, yəni radio və ya maqnitofon hissəsinin yerində quraşdırılan monitorlarla bağlı vəziyyət fərqlidir. Yeni nəsil, xüsusən də Çin avtomobillərində daha böyük monitorlardan istifadə olunur. Orada sağ və sol kameralar olur. Maşını sağa və ya sola döndərəndə ekranda həmin istiqamət göstərilir ki, sürücü ətrafı görə bilsin. Bu sistem sadəcə avtomobilin ətrafını göstərir".

Ekspert deyib ki, problem isə ondadır ki, həmin monitor maşının sağını və solunu göstərsə də, bəzən güzgülərə baxmaq və ya başı sağa-sola çevirmək yaddan çıxır, çünki diqqət monitorda qalır:

"Bu da müəyyən risk yaradır. Nəticədə uzaqdan gələn avtomobili, velosipedi və ya skuteri vaxtında hiss etməyə bilərik. Onları yalnız dönəndən və ya yaxınlaşandan sonra görürük ki, bu da təhlükə yaradır. Sürücünün önündə yerləşən monitor isə risk yaratmır. Mühəndislər bunu nəzərə alıblar. Biz yola baxarkən həmin göstəriciləri də hiss edə bilirik. Oradakı işıqlar və şkalalar elə tənzimlənir ki, sürücü daim "pribor"a baxmadan da məlumatları qavraya bilir.

Yenə də deyirəm, maqnitofonun üstündə quraşdırılan monitorlar müəyyən risk yarada bilər. Çünki dönmə əməliyyatı zamanı diqqətimizi monitora yönəldirik və uzaqdan gələn təhlükəni hiss etməyə bilərik. Bəzi yeni və daha bahalı avtomobillər uzaqdakı təhlükələri də xəbərdar edən sistemlərlə təchiz olunur. Ancaq normal halda orta güzgü və yan güzgülər əsas vasitələrdir. Sürücülük məktəblərində də sağ və sol güzgülərdən düzgün istifadə etməyi buna görə öyrədirlər, çünki təhlükəni vaxtında hiss etmək vacibdir.

Çin avtomobillərinə aid çoxlu fərqlər və üstünlüklər sadalamaq olar. Köhnə modellər sürücünü daha diqqətli olmağa vadar edirdi. Yeni modellərdə isə bəzi funksiyalar sürücünü tənbəlləşdirə bilir. Sürücü monitora baxır və uzağı izləməyi unudur. Monitor qarşı və arxa tərəfi göstərsə də, bəzən sürətlə yaxınlaşan avtomobili vaxtında hiss etmək olmur. Bu baxımdan, ortadakı monitor müəyyən təhlükələr yarada bilir. Yaxın məsafədə manevr etməyi asanlaşdırsa da, uzaqdan gələn təhlükələri hiss etməyi çətinləşdirə bilir", - deyə o qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək