İqtisadiyyat
Azərbaycandan Ermənistana benzin və dizel yanacağı GÖNDƏRİLƏCƏK
Xpress.az Redaksiyası
26.06.2026 09:50
Sabah Azərbaycandan Ermənistana ümumi miqdarı 971.392 ton olan 18 vaqon A-92 markalı avtomobil benzini və 466.515 ton olan 8 vaqon dizel yanacağı göndəriləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Benzin və dizel yanacağı olan qatar Biləcəri stansiyasından yola salınacaq.