Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Pensiya və müavinətlərlə bağlı
Pensiya və müavinətlərlə bağlı
Cəmiyyət

Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA

Xpress.az Redaksiyası 27.06.2026 20:15

Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir vətəndaşların narazılığına səbəb olan məsələlərdən biridir. Halbuki kommunal xidmət haqları, kredit ödənişləri, kirayə, dərman və digər zəruri xərclərin böyük hissəsi ayın ilk günlərində ödənilir.

Bu səbəbdən sosial ödənişlərin tarixinin dəyişdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, pensiya və sosial müavinətlərin ödəniş tarixləri vətəndaşların real ehtiyaclarına uyğunlaşdırılmalıdır. Dominos pizza

Onun sözlərinə görə, xüsusilə yalnız pensiya və sosial müavinətlə dolanan insanlar ayın əvvəlində yaranan maliyyə öhdəliklərini qarşılamaqda çətinlik çəkirlər.

“Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir müzakirə olunan məsələlərdəndir. Vətəndaşların böyük hissəsi kommunal xidmətlər, kredit ödənişləri, dərman və digər zəruri xərclərlə ayın ilk günlərində qarşılaşır. Lakin sosial ödənişlərin daha gec həyata keçirilməsi xüsusilə yalnız pensiya və müavinətlə yaşayan insanlar üçün əlavə maliyyə çətinliyi yaradır”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, müasir sosial siyasətin əsas prinsiplərindən biri dövlət ödənişlərinin vətəndaşların gündəlik həyat ritminə uyğun təşkil edilməsidir. Onun fikrincə, bu baxımdan pensiya və sosial müavinətlərin ayın ilk günlərində ödənilməsi məsələsinə yenidən baxılması məqsədəuyğun olardı.

Ekspert hesab edir ki, ödəniş qrafikinin dəyişdirilməsi büdcə planlaması, xəzinə sistemi və texniki proseslərlə əlaqəli olsa da, bu maneələr həllolunmaz deyil:

“Əgər məqsəd vətəndaşın rifahını artırmaqdırsa, sosial ödənişlərin vaxtı da həmin məqsədə xidmət etməlidir.

Aidiyyəti dövlət qurumları pensiya və sosial müavinətlərin ayın əvvəlində ödənilməsi imkanlarını araşdırmalı, vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş daha çevik mexanizmlərin tətbiqini nəzərdən keçirməlidir”.

Ekspert sonda vurğulayıb ki, sosial ödənişlər sadəcə rəqəmlərdən ibarət deyil, minlərlə insanın gündəlik həyat təminatını təşkil edir və onların ödənilmə vaxtı da bu reallıq nəzərə alınaraq müəyyənləşdirilməlidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək