Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Bakıda yaşlı qadın ərini baltalayıb
Bakıda yaşlı qadın ərini baltalayıb
Hadisə

Bakıda yaşlı qadın ərini baltalayıb

Xpress.az Redaksiyası 28.06.2026 14:40

Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb.

Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Buna cavab olaraq, 60 yaşlı qadın balta ilə ərinin üzərinə hücum edərək ona bir neçə zərbə endirib. Zərbələr nəticəsində E.Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb.

Onların birgə nikahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan yaralı hazırda cərrahi əməliyyat olunur. Həkimlərin bildirdiyinə görə, E.Hacıyevin vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək