Hadisə
Pirşağıda qadın dənizdə boğuldu
Xpress.az Redaksiyası
29.06.2026 13:43
Abşeronda daha bir nəfər dənizdə batıb.
Xpress.az lent.az-a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.