Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda bu nazir vəzifələri boşdur — SİYAHI
Azərbaycanda bu nazir vəzifələri boşdur — SİYAHI
Cəmiyyət

Azərbaycanda bu nazir vəzifələri boşdur — SİYAHI

Xpress.az Redaksiyası 01.07.2026 15:11

Hazırda Naxçıvan Muxtar Respublikasında bir sıra yüksək vəzifələr boşdur.

Bəzi kreslolar 4 ildir yeni sahibini gözləyir.

Bura muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları daxildir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci il dekabrın 21-də istefa verib. Hazırda həmin vəzifəni sədrin birinci müavini Bəxtiyar Məmmədov icra edir.

Muxtar respublikanın ədliyyə naziri Daşqın Rəhimov 2023-cü il oktyabrın 11-də işdən çıxarılıb.

Hazırda ədliyyə nazirinin səlahiyyətlərini nazir müavini Hüseyn Səfərov yerinə yetirir.

Naxçıvan MR-ın mədəniyyət naziri Natəvan Qədimova 2023-cü il mayın 8-də vəzifədən uzaqlaşdırılıb. Nazir vəzifəsinin icrası isə müvəqqəti olaraq nazir müavini Həsən Seyidova həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov 2025-ci il dekabrın 1-də tutduğu vəzifədən azad edilib. Yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası nazir müavini Rəşadət Nabatova tapşırılıb.

Muxtar respublikanın rabitə və yeni texnologiyalar naziri (hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri) Vüsal Sevdimalıyev 2023-cü il sentyabrın 8-də işdən uzaqlaşdırılıb. Həmin il Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib.

Eyni zamanda, nazirin səlahiyyətlərinin icrası da ona həvalə olunub. Lakin R.Ələkbərli 2025-ci ildə nazir müavini vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və eyni zamanda nazir vəzifəsinin icrası Azər Məmmədrəhimova həvalə edilib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli 2025-ci il fevralın 20-də işdən çıxarılıb. Hazırda xidmətə rəis müavini Tural Abdulzadə rəhbərlik edir. Nazirin səlahiyyətlərinin icrası ona həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsi də boşdur.

Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bir müddət əvvəl işdən çıxarılıb. 2026-cı il mayın 8-də Nurlan Fətəliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Abdulla oğlu Tahirli 2025-ci il iyunun 12-də vəzifəsindən azad olunub. Hazırda televiziyaya müvəqqəti olaraq jurnalist İlhamə Novruzova rəhbərlik edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də vakantdır. Bu il fevralın 9-da şəhərin icra başçısı Cabbar Musayev muxtar respublikanın

Baş naziri təyin olunub. Prezident İlham Əliyev həmin gün C.Musayevi icra başçısı vəzifəsindən azad edib.

Hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra başçısının birinci müavin Əhməd Vəliyev yerinə yetirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək