Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Rusiya alov içində -
Rusiya alov içində -
Hadisə

Rusiya alov içində - Zavodlar yanır, əhali təxliyə edilir

Xpress.az Redaksiyası 09.07.2026 09:37

Rusiyanın Stavropol şəhəri yaxınlığındakı zavodda pilotsuz uçuş aparatının (PUA) zərbəsindən sonra başlayan yanğın şiddətlənib.

Bu barədə Rusiya bölgəsinin qubernatoru Vladimir Vladimirov “Telegram”da yazıb.

"Yanğın tezalışan materialların saxlanma çənlərinə çatıb. Hadisə yerinə əlavə yanğınsöndürmə briqadaları göndərilir", - deyə o bildirib.

Vladimirov əlavə edib ki, yaxınlıqdakı binaların sakinləri təhlükəsiz yerə köçürüləcək. Müvəqqəti sığınacaqlar yaradılıb.

Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Tver bölgəsindəki neft anbarında da yanğın başlayıb.

Bu barədə qubernator vəzifəsini icra edən Vitali Korolyov məlumat yayıb.

Onun sözlərinə görə, yanğın "hücumun dəf edilməsi nəticəsində" baş verib. Neft anbarının saxlama çənlərindən biri alovlanıb.

Ukrayna ilə sərhəddən yüzlərlə kilometr aralıda yerləşən Rusiya bölgəsinin rəhbəri bildirib ki, mülki əhali və ya obyektin işçiləri arasında itki yoxdur.

Yanğınla əlaqədar olaraq bölgədə təcili yardım mərkəzi yaradılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək