Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Beşinci nəsil qırıcı istehsal edən DÖRDÜNCÜ ÖLKƏ:
Beşinci nəsil qırıcı istehsal edən DÖRDÜNCÜ ÖLKƏ:
Ana səhifə

Beşinci nəsil qırıcı istehsal edən DÖRDÜNCÜ ÖLKƏ: Yaxın illərdə Azərbaycan səmasında... - FOTO

Xpress.az Redaksiyası 10.07.2026 08:58

“Qardaş Türkiyə vaxtilə patronu belə başqa ölkələrdən, əsasən də Qərbdən satın alırdı. Həm də silah-sursatı türklərə "qısır silah-sursat" kimi satırdılar. Yəni dəyəri Türkiyə tərəfindən ödənilən silah və sursatın kimə qarşı istifadəsinə idxal edən ölkə məhdudiyyət qoyurdu. Bəzi ölkələr Türkiyəyə satdığı silahın yunanlara, hətta terrorçulara qarşı istifadə üçün şərtlərini irəli sürürdülər. İndi isə Türkiyə yerli və milli imkanları ilə müharibə taleyini qısa müddətdə həll edən silahlar, o cümlədən MALE, HALE tipli pilotsuz aparatlar, müxtəlif dəniz dronları, gəzən sursatlar, tanklar və digər zirehli vasitələr, reaktiv və qoşquda daşınan artilleriya sistemləri, hipersəs raketlər, HHM kompleksləri, müxtəlif təyinatlı döyüş gəmiləri, helikopterlər, pilotsuz qırıcılar, bütün sadalanan silahlar üçün sursatlar və başqa avadanlıqlar istehsal və ixrac edir”.

Xpress.az xəbər verir ki,  bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, bütün ölkələrdə olduğu kimi, bu silah, texnika, vasitə və avadanlıqları istehsal etməyə başlayanda bəzi detallar Türkiyəyə kənardan idxal olunurdu.

Ekspertin sözlərinə görə, bəzi ölkələr mürəkkəb detalları on illərlə kənardan alır və bu həmin ölkə vətəndaşlarını narahat etmir: “Biz türklərdə isə bu mövzuda vəziyyət tam tərsinədir. Türkiyə də adıçəkilən silahların bir çoxunun ilkin istehsal mərhələsində mövcud olan mühərrik və optik elektron problemini idxal hesabına həll edirdi. Bu gün isə Türkiyə əksər vasitələrin mühərrikini və digər detallarını özü istehsal edir. Tək problemli məsələ 5-ci nəsil KAAN qırıcısının mühərriki ilə bağlıdır ki, bu da yaxın perspektivdə idxal hesabına həll ediləcək. Bir çox aviasiya mühərriklərinin istehsalı müəyyən zaman çərçivəsində istehsal pillələrinin və çoxsaylı sınaqların keçirilməsini tələb edir. Maraqlıdır ki, daha əvvəl PUA və helikopter mühərriki barədə neqativ fikir səsləndirənlər həmin detalların yerli istehsal prosesi barədə bir kəlmə də işlətmir. Onların hazırda gündəmində olan əsas məsələ budur: "KAAN hazırladılar, amma mühərriki yoxdur".

Ə.Verdiyev vurğulayıb ki, bu şəxslərdən kimsə digər istehsalçılar ilə müqayisədə türk mühəndislərin KAAN qırıcısının iki dəfə qısa bir müddətdə prototiplərin, stels texnologiyanın, optik sistemlərin, atəşi idarəetmə sisteminin, bort avadanlıqlarının, ağıllı dəbilqənin və sairin hazırlanmasını görməzdən gəliblər: “Çünki görmək istəmədilər. Amma Türkiyə bu gün idxal etməyə hazırlaşdığı ən son model mühərrikdən 20 faiz daha güclü mühərriki artıq hazırlamağa başlayıb. KAAN iki ildir ki, uçuş sınaq mərhələsindədir. Türkiyə dünyada 5-ci nəsil hərbi təyyarə - qırıcı istehsal edən 4-cu ölkədir. Yaxın illərdə isə biz KAAN qırıcısını ABŞ mühərrikindən daha güclü, həm də iki ədəd yerli mühərriklə Türkiyə və Azərbaycan səmasında görəcəyik. Vaxtilə Türkiyəyə patronu məhdudiyyətlər ilə satan ölkələr, bu gün türk silahlarını və texnikalarını almaq üçün hətta seriya istehsalına başlamazdan əvvəl növbəyə durublar”.

Hərbi ekspert diqqətə çatdırıb ki, Azərbaycana “TB2” satdığına görə Türkiyəyə sanksiya tətbiq edən, optik elektron avadanlıq ixracını dayandıran Kanada bu gün Ankara ilə müdafiə sahəsində əməkdaşlıq etmək üçün dəridən-qabıqdan çıxır: “Dünyanın 40-dan çox ölkəsi, o cümlədən NATO üzvləri Türkiyədən silah alır. Hər birimiz dərk etməliyik ki, Türkiyənin uğuru, həm də bizim və ümumilikdə bütün Türk dünyasının, dost və müttəfiqlərimizin uğurudur. Türkiyə bu gün həm ətrafındakı dənizlərdə, həm Yaxın Sərqdə, həm Qafqazda, həm NATO-da, həm də Avrasiyada böyük siyasi və hərbi nüfuza malik yenilməz bir gücdür. Azərbaycan və ümumilikdə Türk Dövlətlər Təşkilatı ilə birlikdə Türkiyə böyük bir güc mərkəzidir. Bu mərkəz ilə bütün qlobal güclər artıq hesablaşır. Biz də vətəndaş olaraq ortaq üğurlarımıza sevinməyi, türk olmağı, qalıb olmağı, üstün olmağı, güc olmağı bacarmalıyıq”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək