Ana səhifə
Radik İsmayılov: "Televiziyada müxbirlikdən böyük vəzifə yoxdur" - VİDEO
Xpress.az Redaksiyası
12.07.2026 11:26
“Televiziyada ən yüksək vəzifə müxbirlikdir. Çünki azadsan, yalnız özünə görə cavabdehsən və yalnız öz səhvlərinə görə səni cəzalandırırlar. Bu vəzifədən də yüksək vəzifə isə xarici ölkədə müxbir postudur”.
Xpress.az xəbər verir ki, bu barədə REAL TV-nin "Media Masası" verilişində qonaq olan ARB24 kanalının icraçı direktoru Radik İsmayılov bildirib.
O qeyd edib ki, jurnalistikada, xüsusən də televiziyada müxbirlikdən böyük vəzifə yoxdur: “Jurnalistikada bundan böyük vəzifə yoxdur. Televiziya direktorunun işi və məsuliyyəti müxbirin işindən, məsuliyyətindən qat-qat çoxdur”.
Ərturan İSMAYIL