Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Qara paltarlı qadın
Qara paltarlı qadın
Hadisə

Qara paltarlı qadın İTKİN DÜŞÜB

Xpress.az Redaksiyası 14.07.2026 10:34

Kareliyada 44 yaşlı qadın itkin düşüb.

Xpress.az xəbər verir ki, Rusiyanın Kareliya Respublikasının Petrozavodsk şəhərində 44 yaşlı Yuliya Kruqlovanın itkin düşməsi ilə bağlı axtarışlar davam edir.

Məlumata görə, qadın iyulun 11-dən etibarən itkin düşüb və həmin vaxtdan onun harada olduğu barədə heç bir məlumat əldə olunmayıb.

Yuliya Kruqlova itkin düşən zaman qara don, bənövşəyi gödəkçə və qara sandalet geyinmiş olub.

Kareliya Respublikasında fəaliyyət göstərən “LizaAlert” könüllü axtarış-xilasetmə dəstəsinin üzvləri qadının tapılması üçün axtarışlara başlayıblar. Lakin indiyədək axtarışlar nəticə verməyib.

Qeyd edək ki, bundan əvvəl də Kareliyada 21 yaşlı Yuliya Sidorovanın itkin düşdüyü bildirilmişdi. Xarlu kənd sakini olan gənc qadının zənglərə cavab vermədiyi və onun da axtarıldığı qeyd olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək