Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üç...
Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?
Texnologiya

Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?

Xpress.az Redaksiyası 16.07.2026 17:32

Son günlər sosial şəbəkələrdə istifadəçilərin adlarının yer aldığı xüsusi dizaynlı fotoların paylaşılması geniş yayılıb. Bu cür trendlərin əsl məqsədinin istifadəçilərin şəxsi məlumatlarını toplamaq olduğu ilə bağlı iddialar da gündəmə gəlib.

Bəs bu fikirlər nə dərəcədə doğrudur? Sosial şəbəkələr və üçüncü tərəf tətbiqləri həqiqətən də bu üsulla məlumat toplaya bilərmi?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, sosial şəbəkələrdə dövri olaraq yayılan "ad yaz", uşaqlıq şəklini paylaş, "10 il əvvəl və indi" və ya süni intellekt vasitəsilə avatar yarat kimi trendlərin arxasında məlumat toplanması məqsədinin dayanması barədə fikirlər tamamilə əsassız deyil və bunun real texnoloji əsasları var.

Elvin Abbasov bunu belə izah edib:

"Birinci məqam ondan ibarətdir ki, sosial şəbəkələrin bu trendləri birbaşa özlərinin başlatmasına ehtiyac yoxdur. Kənar tərtibatçılar tərəfindən hazırlanan testlər, tətbiqlər və ya oyunlar istifadəçilərə bu fotoları yaratmaq imkanı verir. 'Adının mənası nədir?' və ya 'Sənə bənzəyən məşhur kimdir?' kimi testlərdən keçmək istəyən istifadəçi nəticəni əldə etmək üçün profil məlumatlarına – ad, doğum tarixi, dost siyahısı və elektron poçt ünvanı kimi informasiyalara çıxış icazəsi verdikdə, bu məlumatlar həmin üçüncü tərəf şirkətlərin verilənlər bazasına ötürülür. Hətta kənar tətbiqdən istifadə olunmadan, sadəcə adların və ya köhnə şəkillərin kütləvi şəkildə paylaşılması belə sosial şəbəkələrin alqoritmlərinə üz cizgiləri, ad və profil uyğunlaşdırılması kimi vizual məlumatların emalı üçün böyük həcmdə strukturlaşdırılmış məlumat bazası təqdim edir".

Ekspert "Sıradan insanların məlumatlarının toplanması şirkətlərə nə verir?" sualını da cavablandırıb. Onun sözlərinə görə, bu proses müasir rəqəmsal iqtisadiyyatın əsas prinsiplərindən biri hesab olunur:

"Burada əsas məqsəd reklamların daha dəqiq hədəflənməsidir. İstifadəçinin yaşı, maraq dairəsi, dost çevrəsi, yazdığı şərhlər və paylaşdığı məlumatlar onun psixoloji profilinin formalaşdırılmasına kömək edir. Reklamverənlər milyonlarla istifadəçinin davranış məlumatlarını təhlil edərək məhsullarını məhz onlarla maraqlanmaq ehtimalı yüksək olan auditoriyaya təqdim edir. Rəqəmsal platformalar isə bu vasitəçilikdən milyardlarla dollar gəlir əldə edir".

Elvin Abbasov bildirib ki, toplanan məlumatlar yalnız reklam məqsədləri üçün deyil, həm də süni intellekt sistemlərinin inkişafında mühüm rol oynayır:

"Toplanan kütləvi məlumatlar süni intellekt, neyron şəbəkələri və maşın öyrənməsi modellərinin təlimi üçün əvəzedilməz resursdur. Məsələn, insanların müxtəlif yaşlarda paylaşdıqları fotolar üz tanıma sistemlərinin yaşlanma dinamikasını öyrənməsinə kömək edir. Adlar və vizual məzmun isə dil modellərinin yerli auditoriyanı və mədəni konteksti daha yaxşı başa düşməsinə xidmət edir. Ayrı-ayrı istifadəçilərin məlumatları təkbaşına böyük dəyər daşımaya bilər. Lakin milyonlarla insanın rəqəmsal izi böyük verilənlərin analitikası vasitəsilə həm kommersiya, həm də bəzi hallarda siyasi manipulyasiya alətinə çevrilə bilər".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək