Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Naxçıvanda kadr islahatı adı altında “EKSPERİMENTL...
Naxçıvanda kadr islahatı adı altında “EKSPERİMENTLƏR”:
Ana səhifə

Naxçıvanda kadr islahatı adı altında “EKSPERİMENTLƏR”: Artıq vəziyyət elə həddə çatıb ki... - FOTO

Xpress.az Redaksiyası 17.07.2026 09:54

“Naxçıvan Səlahiyyətli Nümayəndəliyindən ayrılan bir neçə əməkdaş öz sahəsində təcrübəli və peşəkar kadrlar idi. Lakin elə bir mühit yaradıldı ki, onlar işlərindən ayrılmağa məcbur oldular. Halbuki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri peşəkar kadrların qorunması və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Təəssüf ki, Naxçıvanda "kadr islahatı" adı altında peşəkar kadrların itirilməsi ciddi narahatlıq doğurur”.

Xpress.az xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, bu gün Naxçıvanda müşahidə olunan əsas problemlərdən biri, heç şübhəsiz, “kadr islahatları” adı altında həyata keçirilən qəribə eksperimentlər və işsizlikdir: “Artıq vəziyyət elə həddə çatıb ki, insanlar iqtisadi və sosial çətinliklərdən daha çox, qohum-əqrəbanın, dost-tanışın “uğurlu karyera sıçrayışlarını” müzakirə edirlər. Belə görünür ki, təcrübə, peşəkarlıq və bacarıq köhnə dəbdə qalıb, əsas meyar isə “kiminsə adamı”, daha doğrusu “birincinin” adamı olmaqdır”.

Jurnalist diqqətə çatdırıb ki, Naxçıvanda dövlət qurumlarında mindən artıq vakansiya olsa da, işə qəbul yoxdur: “Ən maraqlısı isə budur ki, bu gün Naxçıvanda dövlət qurumlarında mindən artıq vakansiya mövcuddur. Vakansiyalar var, işsizlər var, amma işə qəbul yoxdur. Çünki bu yerlər, deyəsən, hələ “birincilərin” ətrafında boş-boş gəzən “xüsusi təyinatlı xilaskarlarını” gözləyir. Qısacası, Naxçıvanda “kadr islahatı” ifadəsini dəyişib “kadrsız idarəçilik” yazmaq daha düzgün olar!”

S.Əzimova vurğulayıb ki, Naxçıvanda Prezident İlham Əliyevin həyata keçirdiyi vətəndaş məmnuniyyəti siyasətinə zidd fəaliyyət ortaya qoyulur: “Açıq deməliyəm ki, Naxçıvanda Prezident İlham Əliyevin həyata keçirdiyi vətəndaş məmnuniyyəti siyasətinə zidd, üzdə görünməyən, lakin cəmiyyətdə narazılıq yaradan addımlar atılır. Belə yanaşmalar insanların dövlətə inamına mənfi təsir göstərir və Prezidentin müəyyən etdiyi siyasi kursun mahiyyətinə uyğun deyil. Ümid edirəm ki, bu məsələləri olduğu kimi ölkə rəhbərliyinə çatdırmaq məsuliyyəti daşıyan aidiyyəti qurumlar susmayacaq, obyektiv araşdırma aparacaq və lazımi addımlar atacaqlar”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən bugünlərdə ayrılıblar. Bu barədə Manset.az ötən gün xəbər yayıb. Bildirilib ki, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz edərək vəzifələrindən ayrılıblar. Məlumata görə, işdən ayrılan hər üç şəxs Naxçıvan MR-da bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər. 

Qeyd edək ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək