"Binance" 9-cu ildönümünü qeyd edir
Dünyadakı kriptovalyuta sahiblərinin təxminən yarısı "Binance"dən istifadə edir, ümumi ticarət həcmi isə 156 trilyon ABŞ dollarını ötüb
Kriptovalyuta birjasından çoxaktivli maliyyə platformasına: Binance qlobal istifadəçi icmasının dəstəyi ilə əldə etdiyi doqquz illik inkişafı qeyd edir və dünya üzrə üç milyard istifadəçiyə çatmağı hədəfləyir.
Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası olan Binance fəaliyyətinin doqquzuncu ildönümünü qeyd edir. Hazırda Binance ekosistemi 100-dən çox ölkədə 323 milyondan artıq qeydiyyatdan keçmiş istifadəçini birləşdirir.
Binance 2017-ci ilin iyul ayında fəaliyyətə başlayanda dünyada kriptovalyutaya sahib olan insanların sayı 6 milyondan az idi. Bu gün bu rəqəm 741 milyonu ötür ki, bu da on ildən az müddətdə 12 000%-dən çox artım deməkdir. Eyni dövrdə Binance-in istifadəçi bazası sıfırdan 323 milyon nəfərə yüksəlib. Nəticədə hazırda dünyadakı bütün kriptovalyuta sahiblərinin təxminən 43%-i Binance platformasından istifadə edir.
Bu göstərici rəqəmsal aktivlərin artıq niş maliyyə alətləri kateqoriyasından çıxaraq əsas maliyyə bazarının ayrılmaz hissəsinə çevrildiyi dövrdə əldə olunub. İnstitusional investorlar rekord səviyyədə fəallıq nümayiş etdirir, ETF-lər və rəqəmsal investisiya fondları artıq dövriyyədə olan bitkoinlərin 12%-dən çoxuna sahibdir. Eyni zamanda, G20 ölkələrində, Avropa İttifaqında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada tənzimləyici-hüquqi baza sürətlə inkişaf edir. Ənənəvi maliyyə ilə kriptoinfrastruktur arasındakı sərhədlər isə getdikcə daha da aradan qalxır.
Binance üçün doqquzuncu ildönümü təkcə əldə olunan inkişafın yekunlaşdırılması deyil, həm də şirkətin strateji məqsədinin təsdiqidir: üç milyarddan çox istifadəçiyə qlobal maliyyə bazarlarına çıxış təqdim edən dünyanın aparıcı maliyyə superətbiqinə çevrilmək.
Binance bu gün rəqəmlərlə
- Dünya üzrə 323 milyon qeydiyyatdan keçmiş istifadəçi. Bu göstərici 2026-cı ilin birinci yarısı ilə müqayisədə 7% artıb və bütün kriptovalyuta sahiblərinin təxminən 43%-ni təşkil edir.
- Şirkətin fəaliyyəti ərzində 156 trilyon ABŞ dollarından çox ümumi ticarət həcmi qeydə alınıb. Bu, 2025-ci ilin sonundakı göstəricidən (145 trilyon ABŞ dolları) 7,8% çoxdur. Həmin məbləğ ABŞ, Çin, Yaponiya, Almaniya və Böyük Britaniyanın ümumi illik ÜDM-ni üstələyir.
- İnstitusional istifadəçilərin sayı 2026-cı ilin birinci yarısında 9% artıb.
- 2026-cı ilin mart ayından etibarən ənənəvi maliyyə alətləri (TradFi) üzrə aylıq ticarət həcmi 80 milyard ABŞ dollarını ötür.
- 2026-cı ilin birinci yarısında platformada əlçatan kriptovalyutaların sayı 11%, ticarət cütlərinin sayı isə 3% artıb.
Kriptovalyuta birjasından çoxaktivli platformaya
Son bir il ərzində Binance rəqəmsal aktivlər bazarındakı güclü mövqeyini qorumaqla yanaşı, məhsul xəttini əhəmiyyətli dərəcədə genişləndirərək səhmlər, ETF-lər və IPO-dan əvvəl şirkətlərin səhmləri üzrə müddətsiz müqavilələr kimi ənənəvi maliyyə alətlərini də platformaya daxil edib. Bütün bu məhsullar Binance-in öz blokçeyn infrastrukturu üzərində fəaliyyət göstərir və steyblkoinlərlə hesablaşmaları, bazarlara sutka ərzində fasiləsiz çıxışı, eləcə də müxtəlif aktiv sinifləri ilə vahid platformada işləmək imkanını təmin edir.
İlk nəticələr artıq bu məhsullara yüksək tələbat olduğunu göstərir:
- 2026-cı ilin mart ayından etibarən TradFi məhsulları üzrə aylıq ticarət həcmi 80 milyard ABŞ dollarını ötür.
- 2026-cı ilin iyun ayında istifadəyə verilən səhm ticarəti xidməti bir aydan az müddətdə idarəetmədə olan aktivlərin (AUM) həcmini 1 milyard ABŞ dollarına çatdırıb, ümumi ticarət həcmi isə 3 milyard ABŞ dollarını ötüb.
- ABŞ şirkətlərinin səhmləri ilə 1:1 nisbətində tam təmin edilmiş tokenləşdirilmiş bStocks səhmləri istifadəyə verildikdən cəmi iki həftə sonra 100 milyon ABŞ dollarından çox AUM göstəricisinə çatıb.
- bStocks üzrə ticarətin 47%-i ABŞ fond bazarının iş saatlarından kənarda həyata keçirilir ki, bu da sutka ərzində fasiləsiz ticarətə yüksək tələbatı təsdiqləyir.
Eyni zamanda, Binance-in əsas kriptovalyuta biznesi sabit inkişafını davam etdirir:
- Ümumi ticarət həcmi 156,4 trilyon ABŞ dollarına çatıb. Bunun təxminən 11,4 trilyon ABŞ dolları yalnız 2026-cı ilin birinci yarısında qeydə alınıb.
- İnstitusional istifadəçilərin sayı 9% artıb.
- Bu artım 2026-cı ilin birinci yarısındakı daha mürəkkəb bazar şəraitinə baxmayaraq əldə olunub ki, bu da istifadəçilərin marağının qısamüddətli bazar dövrlərindən deyil, uzunmüddətli tendensiyalardan qaynaqlandığını göstərir.
Üç milyard istifadəçiyə doğru
Ənənəvi maliyyə məhsulları xəttinin genişləndirilməsi Binance-in ticarəti, ödənişləri, yığım alətlərini və qlobal maliyyə bazarlarına çıxışı vahid platformada birləşdirən dünyanın ən böyük maliyyə superətbiqini yaratmaq strategiyasını əks etdirir.
Şirkət diqqətini ənənəvi olaraq maliyyə institutları tərəfindən kifayət qədər əhatə olunmayan bazarlara yönəldir. Məhz bu bazarlarda blokçeyn texnologiyası daha əlçatan və miqyaslana bilən maliyyə xidmətləri təqdim etmək potensialına malikdir.
Sənaye məlumatlarına görə, hazırda təxminən 741 milyon insan kriptovalyutaya sahibdir, onlayn broker hesablarının sayı isə təxminən 630 milyondur. Beləliklə, kriptovalyuta infrastrukturu artıq istifadəçi sayı baxımından ənənəvi broker platformalarını geridə qoyub.
Rəhbərliyin şərhləri
Binance-in həmtəsisçisi və həmicraçı direktoru (Co-CEO) Yi He bildirib: "Doqquz il əvvəl qarşımıza bütün dünyada insanların maliyyə azadlığını genişləndirmək məqsədi qoymuşduq. Bu gün biz həm inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən fərdi investorlar, həm də qlobal maliyyə mərkəzlərindəki institusional iştirakçılar üçün işləyən infrastruktur yaratmışıq. 2017-ci ildə dünyada kriptovalyutaya sahib olan insanların sayı 6 milyondan az idi. Bu gün onların sayı artıq 741 milyona çatıb və onlardan 323 milyonu Binance-dən istifadə edir. Bu, sadəcə artım deyil, insanların maliyyə xidmətlərinə çıxış üsulunda baş vermiş fundamental dəyişiklikdir. Və bu yalnız başlanğıcdır."
Binance-in həmicraçı direktoru (Co-CEO) Riçard Tenq əlavə edib: "323 milyon insan öz vəsaitlərini bizə etibar edib və biz bu etimadı böyük məsuliyyət kimi qəbul edirik. Hər bir qərarımız, hər yeni məhsulumuz və daxil olduğumuz hər yeni bazar bir sualla başlayır: bu, istifadəçilərimizə fayda verirmi? Bu gün dünyadakı bütün kriptovalyuta sahiblərinin 43%-i Binance-dən istifadə edir. Ənənəvi maliyyə ilə kripto sənayesi getdikcə daha sıx inteqrasiya olunduqca, bu etimad daha da böyük əhəmiyyət kəsb edir. Kriptovalyutalardan kənara çıxaraq səhmlər, ETF-lər və tokenləşdirilmiş qiymətli kağızlar sahəsinə daxil olmağımız istifadəçilərə qlobal maliyyə bazarlarına çıxış imkanı yaratmaq missiyamızın məntiqi davamıdır."
"Sizin sayənizdə yaradılıb"
Bu il Binance yubileyini Built by You ("Sizin sayənizdə yaradılıb") şüarı altında qeyd edir.
Şirkət vurğulayır ki, son doqquz ildə qazandığı uğurlar milyonlarla istifadəçinin ticarət aparması, öyrənməsi, məhsullar yaratması və Binance ekosisteminin inkişafına töhfə verməsi sayəsində mümkün olub.
Yubiley münasibətilə Binance Built by You adlı qlobal kampaniyaya start verir. Kampaniya çərçivəsində ümumi mükafat fondu 4,5 milyon ABŞ dollarınadək təşkil edir. Bundan əlavə, istifadəçilər Binance ekosisteminin müxtəlif istiqamətlərinə həsr olunmuş doqquz məkanı özündə birləşdirən virtual Binance City şəhəri üzrə interaktiv səyahətdə iştirak edə biləcəklər.
Bu press-relizdə qeyd olunan bəzi məhsul və xidmətlər ayrı-ayrı regionlarda mövcüd olmaya bilər.