Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Peşə təhsili müəssisələrində işə qəbul üzrə MÜSABİ...
Peşə təhsili müəssisələrində işə qəbul üzrə MÜSABİQƏYƏ BAŞLANILIR -
Ana səhifə

Peşə təhsili müəssisələrində işə qəbul üzrə MÜSABİQƏYƏ BAŞLANILIR - 1300-DƏN ÇOX VAKANSİYA

Xpress.az Redaksiyası 17.07.2026 14:41

2026/2027-ci tədris ili üçün dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqəyə bugündən etibarən başlanılıb.

Xpress.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Müsabiqə çərçivəsində Bakı, Naxçıvan və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 316 ixtisas fənn müəllimi, 925 istehsalat təlimi ustası və 98 yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim vakansiyası elan olunmuşdur.

Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər 17 – 30 iyul 2026-cı il tarixləri arasında portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müsabiqə elektron әrizәlәrin qәbulu, təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq olunan namizədlər 11 avqust 2026-cı il tarixində müsabiqənin test imtahanı mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Müraciət edən şəxslər vakansiyaların siyahısı, eyni zamanda ixtisas istiqamətləri və aidiyyəti ixtisaslar üzrə məzmunun əhatə dairəsi barədə məlumatları aşağıdakı keçidlərdən istifadə edərək əldə edə bilərlər.

Vakansiyaların siyahısı

İxtisas istiqamətləri üzrə məzmunun əhatəsi

Müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-03 nömrəli Qərarına uyğun həyata keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək