Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Messi və Ronaldonun Dünya Çempionatı dövrü rəsmən...
Messi və Ronaldonun Dünya Çempionatı dövrü rəsmən başa çatdı?
İdman

Messi və Ronaldonun Dünya Çempionatı dövrü rəsmən başa çatdı?

Xpress.az Redaksiyası 20.07.2026 12:07

Futbol üzrə dünya çempionatının İspaniyanın qələbəsi ilə başa çatıb.  
 
Dünən futbol azarkeşləri üçün bir dövrün başa çatdığını bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Lionel Messi və Kriştiano Ronaldonun artıq Dünya Çempionatlarında meydana çıxmayacağını qeyd edib.

Xpress.az xəbər verir ki, onun sözlərinə görə, son 20 ilin futbol tarixini yazan, milyonlarla insana sevinc, həyəcan və ilham verən iki əfsanənin mundial hekayəsi sona çatıb.

Hacıbəy Heydərli bildirib ki, Messinin son dünya çempionatı qələbə ilə yekunlaşmayıb. O, bu mundialda qırdığı rekordlardan birinin özündən 12 yaş kiçik Kilian Mbappe tərəfindən yeniləndiyini, illər öncə qucağında şəkil çəkdirdiyi Lamin Yamalın isə sonradan ona rəqib kimi qalib gəldiyini vurğulayıb. Müəllif bunu futbolun nəsillərarası dəyişiminin rəmzi kimi qiymətləndirib.

O qeyd edib ki, futbolun ən gözəl tərəfi zamanın heç kim üçün dayanmayacağı, əfsanələrin yerini yeni ulduzların alacağı həqiqətidir. Onun fikrincə, bu günün uşaqları Mbappe, Erlinq Haaland və Lamin Yamal kimi futbolçuları öz qəhrəmanları hesab edəcəklər.

Heydərli əlavə edib ki, gələcəkdə uşaqlar Messi və Ronaldonun necə futbol oynadıqlarını soruşanda, həmin dövrü yaşayanlar təkcə statistikaları deyil, keçirdikləri hissləri və unudulmaz xatirələri bölüşəcəklər.

O vurğulayıb ki, Messi və Ronaldo sadəcə böyük futbolçular deyil, bütöv bir nəslin arzuları, mübahisələri, sevinc və kədəri, gecəyarısı izlənilən oyunları, unudulmayan finalları və ömürlük xatirələri olublar.

Hacıbəy Heydərli sonda bildirib ki, əvvəlki nəsil Pele və Maradonanın futboluna şahidlik etməklə fəxr edirdisə, bugünkü nəsil də Messi və Ronaldonun rəqabətini canlı izləmək şansına sahib olub.

"Messi də, Ronaldo da bir daha təkrarlanmayacaq. Hər şey üçün təşəkkürlər! Yaxşı ki, bizim uşaqlığımızın və gəncliyimizin qəhrəmanlarından oldunuz", – deyə o fikrini yekunlaşdırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Doğum və nikah sayı azalır, ölüm halları artır -

21.07.2026 11:17 Cəmiyyət

Azərbaycan-İran sərhədini bağlı saxlatdıran

21.07.2026 09:47 Ana səhifə

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

21.07.2026 09:31 Cəmiyyət

Həmid Herisçi yazıçıları XAİN ADLANDIRDI:

21.07.2026 09:20 Ana səhifə

Zərdabda faciəvi hadisə nəticəsində

21.07.2026 00:12 Hadisə

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə

20.07.2026 20:53 Mədəniyyət

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib

20.07.2026 17:58 Siyasət

Almaniya Azərbaycana yeni səfir təyin edib

20.07.2026 17:45 Siyasət

Vasitəçilər İran və ABŞ arasında 10 günlük atəşkəs təklif edib

20.07.2026 17:37 Dünya

Qazaxda ata və qızı göldə boğulub

20.07.2026 16:54 Hadisə

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər

20.07.2026 16:47 Dünya

HƏMAS yeni liderini seçib

20.07.2026 16:16 Dünya

Azərbaycan vətəndaşı Serbiyadan ekstradisiya edilib

20.07.2026 15:59 Hadisə

Özəl bağçaların xidmət haqqının 70 faizini dövlət ödəyəcək

20.07.2026 15:36 Təhsil

Azərbaycanda çevik iş rejimi modeli tətbiq ediləcək

20.07.2026 15:11 Cəmiyyət

"Məşğulluq Strategiyası ilə bağlı Tədbirlər Planı təsdiqləndi

20.07.2026 14:38 İqtisadiyyat

Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib

20.07.2026 13:59 Təhsil

Altıağacda EKOLOJİ FƏLAKƏT –

20.07.2026 13:59 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək