Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Özəl bağçaların xidmət haqqının 70 faizini dövlət...
Özəl bağçaların xidmət haqqının 70 faizini dövlət ödəyəcək
Təhsil

Özəl bağçaların xidmət haqqının 70 faizini dövlət ödəyəcək

Xpress.az Redaksiyası 20.07.2026 15:36

"Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb, uşaqların daha erkən yaşdan məktəbəqədər təhsilə cəlb olunması istiqamətində mərhələli tədbirlər həyata keçirilib".

Xpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, görülən işlərə dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yeni binaların tikilməsi, mövcud binaların əsaslı və cari təmiri daxildir.

"Digər tərəfdən, 2016-cı ildən etibarən məktəblərdə məktəbəhazırlıq qrupları yaradılıb. Ötən tədris ilində 86 mindən çox beşyaşlı uşaq həmin qruplara cəlb olunub. Bununla yanaşı, başa çatan tədris ilində 24 mindən çox uşaq icma əsaslı məktəbəqədər hazırlıq qruplarında təhsil alıb.

Bu istiqamətdə həyata keçirdiyimiz maraqlı təşəbbüslərdən biri də valideyn-dövlət-özəl əməkdaşlığı modelidir. Bu layihəyə iki il əvvəl qrant mexanizmi ilə başlanılıb və 2025–2026-cı tədris ilində 4 mindən çox uşaq bu maliyyə dəstəyindən faydalanıb".

Direktor müavini qeyd edib ki, mövcud qaydalara əsasən, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidmət haqqının 70 faizini maliyyələşdirəcək.

"Bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək. Ayrılan vəsait xidmət haqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq. Bu mexanizm bir tərəfdən dövlət uşaq bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışına şərait yaradacaq. Digər tərəfdən isə özəl təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə olunmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək", – deyə o əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Zərdabda faciəvi hadisə nəticəsində

21.07.2026 00:12 Hadisə

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə

20.07.2026 20:53 Mədəniyyət

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib

20.07.2026 17:58 Siyasət

Almaniya Azərbaycana yeni səfir təyin edib

20.07.2026 17:45 Siyasət

Vasitəçilər İran və ABŞ arasında 10 günlük atəşkəs təklif edib

20.07.2026 17:37 Dünya

Qazaxda ata və qızı göldə boğulub

20.07.2026 16:54 Hadisə

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər

20.07.2026 16:47 Dünya

HƏMAS yeni liderini seçib

20.07.2026 16:16 Dünya

Azərbaycan vətəndaşı Serbiyadan ekstradisiya edilib

20.07.2026 15:59 Hadisə

Azərbaycanda çevik iş rejimi modeli tətbiq ediləcək

20.07.2026 15:11 Cəmiyyət

"Məşğulluq Strategiyası ilə bağlı Tədbirlər Planı təsdiqləndi

20.07.2026 14:38 İqtisadiyyat

Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib

20.07.2026 13:59 Təhsil

Altıağac Milli Parkında EKOLOJİ FƏLAKƏT –

20.07.2026 13:59 Hadisə

İlham Əliyev İspaniya Kralını təbrik edib

20.07.2026 13:47 Siyasət

Ötən gün yayılan video ilə bağlı

20.07.2026 13:39 Cəmiyyət

Astara Gömrük İdarəsinin rəisi yeni vəzifəyə təyinat aldı

20.07.2026 13:10 Gündəm

Sabah 39 dərəcə isti olacaq

20.07.2026 12:31 Cəmiyyət

Xatirə və əri bu videoya görə cərimələndi

20.07.2026 12:25 Şou-Biznes

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək