Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ötən gün yayılan video ilə bağlı
Ötən gün yayılan video ilə bağlı
Cəmiyyət

Ötən gün yayılan video ilə bağlı RƏSMİ AÇIQLAMA

Xpress.az Redaksiyası 20.07.2026 13:39

Sosial şəbəkələrdə estetik əməliyyat zamanı pasiyentin vəziyyətinin pisləşməsini əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən “Trend.az”ın sorğusuna cavab olaraq bildirilib ki, videoda əks olunan hadisə köhnədir və lisenziyasız fəaliyyət göstərən “UĞUR Estetik Mərkəzi 777”də baş verib.
 

Qurumdan qeyd edilib ki, sosial mediada yayılan məlumatlardan da bəlli olur ki, sözügedən görüntülər köhnədir və əməliyyat 2025-ci ilin fevral ayında “UĞUR Estetik Mərkəzi 777” adı altında qeyri-qanuni fəaliyyət göstərən mərkəzdə baş tutub.


Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 176 ünvanında yerləşən və “UĞUR Estetik Mərkəzi 777” adı altında lisenziyasız özəl tibb fəaliyyəti göstərən obyektlə əlaqədar Analitik Ekspertiza Mərkəzinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə plandankənar yoxlamalar keçirilib.

Sonuncu dəfə daxil olmuş müraciət əsasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 22 iyul 2025-ci il tarixində növbəti plandankənar yoxlama aparılıb və obyektin lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən edilib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

“O ki qaldı Gülbədə Abdullayevaya, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, onun ali və ya orta tibb təhsili yoxdur və uyğun olaraq da “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda deyil.”
 

Bildirilib ki, vətəndaş müraciəti əsasında cari ilin may ayında fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızı, eləcə də onunla əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.


Bundan əlavə, xidməti araşdırmanın nəticələrinə əsasən fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının qanunsuz özəl tibb fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında müvafiq vəsatətin qaldırılması üçün təqdimat hazırlanaraq növbəti icraata göndərilib. Öz növbəsində bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına müraciət edilib.

Analitik Ekspertiza Mərkəzi vurğulayıb ki, qanunvericiliyə uyğun olaraq özəl tibb fəaliyyəti sahəsində dövlət nəzarəti həyata keçirilir, aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati tədbirlər görülür və qanunsuz fəaliyyətin dayandırılması məqsədilə əlavə tədbirlər həyata keçirilir.

Qurum həmçinin qeyd edib ki, vətəndaşların maarifləndirilməsi və onların qanunsuz tibbi xidmət göstərən şəxslərin qurbanına çevrilməsinin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi saytında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı” yerləşdirilib.
 

Bundan əlavə, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytı və sosial media hesablarında plastik cərrahiyyə əməliyyatlarından əvvəl diqqət edilməli vacib məqamlarla bağlı maarifləndirici videoçarx da yayımlanıb.


Analitik Ekspertiza Mərkəzi vətəndaşlara bir daha tövsiyə edib ki, hər hansı cərrahi və ya invaziv tibbi müdaxilədən əvvəl xidmət göstərən şəxsin tibb işçisi kimi qeydiyyatda olmasını, ixtisasını və tibbi müəssisənin qanunvericiliyə uyğun fəaliyyət göstərməsini mütləq dəqiqləşdirsinlər. Qurumun bildirdiyinə görə, bu, sağlamlığın və həyatın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Zərdabda faciəvi hadisə nəticəsində

21.07.2026 00:12 Hadisə

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə

20.07.2026 20:53 Mədəniyyət

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib

20.07.2026 17:58 Siyasət

Almaniya Azərbaycana yeni səfir təyin edib

20.07.2026 17:45 Siyasət

Vasitəçilər İran və ABŞ arasında 10 günlük atəşkəs təklif edib

20.07.2026 17:37 Dünya

Qazaxda ata və qızı göldə boğulub

20.07.2026 16:54 Hadisə

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər

20.07.2026 16:47 Dünya

HƏMAS yeni liderini seçib

20.07.2026 16:16 Dünya

Azərbaycan vətəndaşı Serbiyadan ekstradisiya edilib

20.07.2026 15:59 Hadisə

Özəl bağçaların xidmət haqqının 70 faizini dövlət ödəyəcək

20.07.2026 15:36 Təhsil

Azərbaycanda çevik iş rejimi modeli tətbiq ediləcək

20.07.2026 15:11 Cəmiyyət

"Məşğulluq Strategiyası ilə bağlı Tədbirlər Planı təsdiqləndi

20.07.2026 14:38 İqtisadiyyat

Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib

20.07.2026 13:59 Təhsil

Altıağac Milli Parkında EKOLOJİ FƏLAKƏT –

20.07.2026 13:59 Hadisə

İlham Əliyev İspaniya Kralını təbrik edib

20.07.2026 13:47 Siyasət

Astara Gömrük İdarəsinin rəisi yeni vəzifəyə təyinat aldı

20.07.2026 13:10 Gündəm

Sabah 39 dərəcə isti olacaq

20.07.2026 12:31 Cəmiyyət

Xatirə və əri bu videoya görə cərimələndi

20.07.2026 12:25 Şou-Biznes

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək