Xatirə və əri bu videoya görə cərimələndi
Müğənni Xatirə İslam bir neçə gün əvvəl həyat yoldaşı Fəxrəddin Musazadə ilə romantik video paylaşıb.
Xpress.az axşam.az-a istinadla xəbər verir ki, videoda cütlüyün şəhər mərkəzində skuterlə gəzintiyə çıxdığı əks olunub. Görüntülərdə nə Xatirənin, nə də skuteri idarə edən həyat yoldaşı Fəxrəddinin dəbilqə taxmaması diqqətdən yayınmayıb.
Müğənni daha sonra paylaşımını silib. O, sosial şəbəkə hesabında açıqlama yayaraq qayda pozduqlarını və buna görə cərimələndiklərini bildirib:
"Hamı yazır ki, video niyə səhifədən silindi? Pis oldum, amma qanun şahdır. Olmazsa, olmaz. Fəxrəddinə cərimə yazılıb, hirsini mənə tökür. Problem dəbilqədədir".