Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Tələbə adının SEVİNCİ -
Tələbə adının SEVİNCİ -
Ana səhifə

Tələbə adının SEVİNCİ - FOTO

Xpress.az Redaksiyası 13.09.2026 20:55

Lerik rayonunda tədrisin keyfiyyətinin yüksəldilməsinə, bilikli, bacarıqlı şagirdlərin üzə çıxarılıb ali məktəblərə hazırlanmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, məzunların ali təhsil ocaqlarına qəbulunda yeni uğurlar əldə olunub. Məzunlardan 152 nəfər ali məktəb tələbəsi adını qazanıb. İmtahanlarda 6 nəfər 600 baldan yuxarı, 46 nəfər 400-600 ballıq nəticə göstərib.

Sevindirici haldır ki, E. Səfərov adına Çayrud kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məsumə Siyabova rayon üzrə birincilik qazanaraq 662,5 balla ADA Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Məktəbin daha 14 məzunu tələbə adına layiq görülüb.

Lerik şəhər M. Baxışov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunlarından Həsən Abiyev 658 bal və Vüsal Təhməzov 631 balla, N. Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbinin məzunu Bəylər Mirzəzadə 628 balla və  M. Qafarov adına  Siyov kənd tam orta ümumtəhsil məktəbinin məzunu Ramid Rəhimov 619 balla Daxili İşlər Nazirliyinin Polis Akademiyasına,  B. Pələngov adına Züvüç kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əsmər Miriyeva 618 balla Azərbycan Tibb Universitetinə qəbul olunublar. 

Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Lerikin İnkişafına Dəstək Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində yüksək balla ali məktəblərə qəbul olunan və buraxılış imtahanlarında sevindirici nailiyyətlər qazanan gənclərlə görüş  keçirilib.

 Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov tədbir iştirakçıları ilə birlikdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin Dövlət Himni səsləndirilib. Lerikin İnkişafına Dəstək Qrupu fondunun sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Arzuman Muradlı tədbiri açaraq tələbə adını qazanmış gənclərə təbrikini, xoş arzularını söyləyib. Qrupun insan kapitalının inkişafına, lerikli gənclərin təhsilinə daim dəstək göstərdiyini, öz ənənəsinə sadiq qalaraq geniş tərkibdə tələbələrlə görüşdüklərini vurğulayıb.

Milli Məclisin deputatı, Lerikin İnkişafına Dəstək Qrupunun sədri, tarix elmləri doktoru Vasif Qafarov ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə təhsilin inkişafına yüksək diqqət və qayğı göstərdiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ulu öndərin təhsil siyasətini uğurla, yüksək işgüzarlıqla davam və inkişaf etdirdiyini bildirib. Tələbə adına layiq görülmüş gəncləri təbrik edərək yüksək bilikli mütəxəssis kimi yetişməyi, müstəqil Azərbaycana ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə edib. Qrupun daim lerikli gənclərin yanında olduğunu, təhsil dövründə əlaçı tələbələrə fond tərəfindən  təqaüd veriləcəyini diqqətə çatdırıb.  

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova tələbələrə müasir elmi biliklərə dərindən yiyələnməyi, doğma rayonun, təhsil aldıqları məktəbin, sevimli müəllimlərinin  adını yüksəltməyi arzulayıb.

Lerik Rayon Təhsil Sektorunun müdiri Ülviyyə Əliyeva, tanınmış, istedadlı şair Ağacəfər Həsənli, Bakı Mühəndislik Universitetinin tələbəsi Cavanşir Qurbanzadə tələbə sevinci yaşayan gənclərə, onların valideynlərinə, müəllimlərinə təbrik sözlərini, səmimi və xoş arzularını bildiriblər. Çıxışlarda gənclərin təhsilinə göstərdikləri yüksək qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

Tədbirdə buraxılış və blok imtahanlarında yüksək bal toplamış tələbələrə, IX sinifləri əla qiymətlərlə bitirmiş şagirdlərə, rayonun qabaqcıl müəllimlərinə pul mükafatı, Fəxri diplom və hədiyyələr təqdim olunub.

Əlisəfa Həsənov

Lerik

  • MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

    SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!

    Platformada qeydiyyatdan keçərək *ELM* promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə *8 sınaq və 240 sualdan ibarət X8 paketi cəmi 50 qəpiyə* təqdim olunur. 
    Promokod: ELM

    Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək: +994 10 526 82 79 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək