Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media İstanbulda Türk Dilli Jurnalistlərin VII Media For...
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -
Media

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO

Xpress.az Redaksiyası 19.09.2026 11:21

İstanbulda “Türk dünyasının ortaq media məkanı: rəqəmsal inteqrasiya və yeni imkanlar” mövzusunda Türk Dilli Jurnalistlərin VII Beynəlxalq Media Forumu keçirilib.

Yenicag.az xəbər verir ki, Qazaxıstan Türk Dilli Jurnalistlər Vəqfi və Qazaxıstan Qadın Jurnalistlər Klubunun təşkilatçılığı ilə baş tutan tədbirdə türk dövlətləri və Avropa ölkələrindən media nümayəndələri iştirak ediblər.

Açılışda təşkilatçı qurumların rəhbəri Naziya Bissenova forumun jurnalistlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq media layihələrinin hazırlanmasına xidmət etdiyini bildirib. 

“İnformasiya təhlükəsizliyi və yeni inteqrasiya modelləri” panelinə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər moderatorluq edib. Paneldə “İnter Media Brussels”in qurucusu Yusuf Cinal ortaq informasiya məkanının strateji imkanlarından, Almaniyada nəşr olunan “Öztürk” qəzetinin qurucusu Adnan Öztürk beynəlxalq media əməkdaşlığının yeni modellərindən danışıb. Türkiyə Jurnalistlər Cəmiyyətinin sədr müavini Sibel Günəş isə süni intellekt dövründə media problemlərinə toxunub.

Moderator Aqil Ələsgər türk dövlətləri arasında birbaşa xəbər mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Türk dünyası haqqında xəbərin mənbəyi türk dünyasının özü olmalıdır. Bunun üçün ortaq xəbər şəbəkəsinə, birgə redaksiya layihələrinə və davamlı əməkdaşlığa ehtiyac var”.

Fügen Toksünün moderatorluğu ilə keçirilən ikinci paneldə “Arnica”nın İdarə Heyətinin sədri Senur Biçer, “Nasıl Bir Ekonomi”nin Yayın Şurasının sədri Şeref Oğuz, Yaradıcı Sənayelər Şurası Dərnəyinin sədri Sertaç Ersayın və Avrasiya Mədəniyyət və İdman Əməkdaşlığı Dərnəyinin sədri Ahmet Tüzün çıxış ediblər. Müzakirələr ortaq türk markasının yaradılması, brendləşmə, yaradıcı sənayelər və turizm imkanlarına həsr olunub.

Regional medianın iqtisadi dayanıqlılığına həsr olunan üçüncü panelə “Haberci” qəzetinin məsul redaktoru Hediye Eroğlu moderatorluq edib. “Kuzguncuk Varlık” qəzetinin qurucusu Engin Şenol, “Almatı TV”nin baş prodüseri Ralida Mukhanova, “Kyzylzhar-Akparat” media holdinqinin direktoru Erbakıt Amantayoğlu və Sakarya Universitetinin müəllimi Gürkan Kılıç rəqəmsal transformasiya, reklam gəlirləri və birgə media layihələri barədə fikirlərini bölüşüblər.

Yekunda xatirə şəkli çəkilib və növbəti forumun Brüsseldə keçiriləcəyi açıqlanıb.



Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək

18.09.2026 11:26 Cəmiyyət

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

18.09.2026 11:06 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək