Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər ar...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Gündəm

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Xpress.az Redaksiyası 18.09.2026 13:33

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.

“Qafqazinfo”ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir.

Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün “AİD Group”a müraciət edib. Şirkətdə ona müqavilə təqdim olunub, şərtlərlə razılaşdıqdan sonra o, 2 min dollar ödəniş edib.

Şikayətçinin sözlərinə görə, sonradan ona təqdim edilən müqavilədə ilkin göstərilən sənəddən fərqli şərtlərin yer aldığını görüb. Belə ki, yeni müqavilədə viza üçün əlavə 850 manat ödənilməli olduğu və başqa bir neçə əlavə qeyd edilib.

Rüfət ona ofisdə təqdim olunan yeni müqavilə ilə tanış olduqdan sonra “AİD Group”la ilkin razılaşmadan imtina edib: “Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı “WhatsApp” qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim 2 min dollardan 1 manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur”.

Rüfətin dediyinə görə, “AİD Group”un ofisinə daxil olarkən girişdə telefonu əlindən alınıb. Bu qayda kiminsə səsini yazmağın qarşısını almaq məqsədilə bütün müştərilərə tətbiq olunub.

“AİD Group”la bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində hərtərəfli istintaq hərəkətləri aparılır. Bir neçə zərərçəkmişə dəymiş ziyanın ödənildiyi deyilir.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nigar Fərhad artıq cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı  Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Bu ittihamlar gələcəkdə məhkəmə istintaqı ilə təsdiqini tapsa, Nigarı 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, iki ay əvvəl “AİD Group” fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Samir Nigar Fərhadın həyat yoldaşıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək

18.09.2026 11:26 Cəmiyyət

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

18.09.2026 11:06 Gündəm

DİQQƏT! Formula 1 zamanı paytaxt yollarında hərəkət rejimi

18.09.2026 10:42 Formula-1

DTX 5 ölkədə antiterror əməliyyatı keçirib,

18.09.2026 10:27 Hadisə

Bu gün Milli Musiqi Günüdür

18.09.2026 09:03 Mədəniyyət

Sərnişinlərin səbrini sınayan marşrutlar -

18.09.2026 08:59 Cəmiyyət

ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq “Stevie” mükafatı finalçısı seçilən ilk azərbaycanlı jurnalist olub

17.09.2026 17:54 Gündəm

Tarixi həqiqət, milli irs və ərazi bütövlüyü:

17.09.2026 17:46 Ana səhifə

Maddi və qeyri-maddi mədəni irsin UNİKAL NÜMUNƏSİ:

17.09.2026 17:22 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək