Dünya
Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR
Xpress.az Redaksiyası
18.09.2026 14:31
Pakistanda məscid yaxınlığında baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Hadisə Xayber-Paxtunxva əyalətində cümə namazı zamanı baş verib.
Yaralananlar arasında polis əməkdaşlarının da olduğu bildirilir.
Hadisənin səbəbləri və partlayışın kim tərəfindən törədildiyi ilə bağlı araşdırma aparılır.